İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempion

İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempion"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında" qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
azxeber.com-un məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova yeni seçilən üzvlərə tövsiyələrini də açıqlayıb. O bildirib ki, deputatların İctimai Televiziyanın efirlərinə daha çox dəvət olunması məqsədəuyğun olardı:
"Çox yaxşı olar ki, bizim deputatlar İctimai Televiziyanın efirlərinə dəvət olunsunlar. Deputatlar seçiciləri narahat edən və maraqlandıran məsələlər barədə kifayət qədər məlumatlıdırlar və bu baxımdan onları ekspert kimi efirə dəvət etmək yaxşı olardı".
azxeber.com yeni seçilən üzvlərin avtobioqrafiyalarına nəzər salıb.
Məlumata görə, İdman federasiyaları kvotası üzrə Yayım Şurasına seçilən üç nəfərdən biri hazırda Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti olan Rəşad Rəsulludur. O, daha əvvəl Azərbaycan Mərkəzi Bankında İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Sonralar "AtaHolding" ASC-də İnsan resursları və ictimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi, Katiblik departamentinin direktoru və Müşahidə Şurası sədrinin müşaviri olub. 2019–2021-ci illərdə isə "AtaHolding" MMC-nin baş direktoru vəzifəsində çalışıb.
İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempionRəşad Rəsullu holdinq ləğv edilməzdən təxminən bir il əvvəl Azərbaycan Cüdo Federasiyasına keçib. Qeyd edək ki, federasiyanın prezidenti hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevdir.
Yeni üzvlər arasında Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı İlahə Qədimova da yer alıb. O, 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının baş katibidir. 25 dekabr 2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
İTV-yə yeni üzvlər seçildi: Ləğv edilmiş holdinqin keçmiş rəhbəri, din xadimi və çempionDini konfessiyalar kvotası üzrə Yayım Şurasına Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev seçilib. O, 1986-cı ildən QMİ-də birinci müavin və müfti vəzifəsində çalışır.

Yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva Yayım Şurasına daxil edilib.
Yeni üzvlər arasında Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva da var.

Siyasi       Tarix: 02 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeber az son xabarlar idman xeberleri