İyulun 1-dən COVID pasportu tətbiq ediləcək
Avropa İttifaqı iyulun 1-dən etibarən koronavirusa qarşı vaksinasiya və COVID-19 testləri barədə sertifikasiya rejimini tətbiq etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Avropa işləri üzrə dövlət katibi Kleman Bon məlumat verib. "Bu alət (Avropa COVID pasportları) iyulun 1-dən etibarən Avropa İttifaqının 27 ölkəsində tətbiq olunacaq. Sənəddə peyvənd və ya testlə bağlı məlumatlar qeyd ediləcək", - deyə o, BFM TV televiziyasının efirində bildirib.
Sənəddə hansı peyvəndlərin qeyd olunacağı sualına aydınlıq gətirən Kleman Bon burada Avropa Dərman Vasitələri Agentliyinin (EMA) təsdiq etdiyi bütün peyvəndlərdən ("Pfizer-BioNTech", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") söhbət getdiyini deyib. Digər hallarda Avropa İttifaqına səyahət etmək üçün koronavirus testi vermək lazım olacaq.
Qeyd edək ki, ötən həftə ədliyyə məsələləri üzrə Avropa Komissiyasının üzvü Didye Reinders iyulun 1-dən etibarən üç növ məlumatın - vaksinasiyanın, mənfi test nəticələrinin və ya sağalma halının sertifikasiya ediləcəyini bildirib. Avropa ittifaqının bütün vətəndaşları COVID pasportunu rəqəmsal və ya kağız şəklində pulsuz əldə edə biləcəklər.
Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, bütün üzv ölkələr Avropa reqlamentinin qüvvəyə minəcəyi vaxta qədər sertifikat verməyə hazır olmalıdır. Avropa Komissiyası bu məqsədlə hər üzv ölkəyə 1 milyon avro ayırıb və onlara lazımi texniki dəstəyi davam etdirir.
Eyni zamanda, koronavirus testləri üçün əlverişli qiymətlərin təmin edilməsi üçün Avropa İttifaqına üzv ölkələrə əlavə 100 milyon avro ayrılacaq.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək