İzzət Bağırovun başına iş gəldi: "Ciyərlərim dağılırdı"
Müğənni İzzət Bağırov qonaq olduğu proqramlardan birində idarə etdiyi toy məclisində yaşadığı çətinlikdən danışıb.
KONKRET.az xəbər verir ki, Bakıda şadlıq evlərindən birində toyu idarə etmək üçün dəvət alan İzzətin yanında bir nəfər tanınmamış xanım müğənni də olub:
"Toy gözlədiyimizin əksinə həmişəkindən tez başladı. Yeddinin yarısı idi, məclis atıq qızışmışdı. 700 nəfərlik zalın 400 nəfəri ortalıqda süzürdü. Mən oxuyuram, hərdən istəyirəm, sözü yanımdakı xanıma verəm ki, bir az boğazım dincəlsin, toy sahibi barmağı ilə işarə edir ki, özün oxu. Toydan öncə "yanında bir nəfər də qız gətir" deyən adam imkan vermir ki, qız ağzını açsın nə də fonoqram qoşdurmur.
Oxumaqdan ciyərlərim dağılır. 5 dəqiqə dincəlmək imkanım oldu, o da rəqqasə Fatimə aş gətirəndə. Gecə 12-yə 10 dəqiqə qalıb, sevinirəm ki, daha məclis başa çatar. Gördüm toy sahibi yaxınlaşdı mənə, düşündüm deyəcək ki, daha məclisi bağla. Kişi mənə yaxınlaşdı, qulağıma dedi ki, Hacı, daha saat 12-dir, barı bundan beləsini özün oxu, mən sənin səsini eşitmədim. Yandım töküldüm. Daha deyə bilmədim ki, zalım oğlu, səhərdən ortalıqda süzürsən, oxuyan kim idi bəs?"./Lent.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu