Japarov dövlət qulluqçularını qırğız dilində danışmağa məcbur edən qanun İMZALADI
Qırğızıstan Prezidenti Sadır Japarov ölkə parlamentinin qərarına əsasən, bütün dövlət qulluqçularını qırğız dilində danışmağa məcbur edən qanunu imzalayıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb:
"Qırğız Respublikasının Prezidenti Sadır Japarov "Qırğızıstan Respublikasının dövlət dili haqqında" konstitusiya qanununu imzalayıb".
Yeni qanuna əsasən, bundan sonra dövlət, yerli özünüidarəetmə orqanlarında, bütün müəssisə, idarə və təşkilatlarda qırğız dilindən istifadə edilməlidir. Xarici təşkilatların adları indi dövlət dilinə transliterasiya ilə tərtib edilməlidir.
Qeyd olunub ki, televiziya və radio, o cümlədən özəl şirkətlər verilişlərinin azı 60 faizini dövlət dilində yayımlamalıdırlar.
Belə ki, bütün dövlət qulluqçuları, o cümlədən deputatlar, Milli Bankın əməkdaşları, hərbi qulluqçular, hakimlər, prokurorlar, vəkillər, notariuslar, təhsil müəssisələrinin işçiləri və tibb işçiləri dövlət dilini bilməli və öz vəzifələrini yerinə yetirərkən ondan istifadə etməlidirlər.
Həmçinin qanunun maddələrindən birində Qırğızıstanda rus dilinin rəsmi dil kimi istifadə olunması müəyyən edilib.
"Rəsmi dildən istifadə Qırğızıstan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qırğızıstan Respublikası öz ərazisində yaşayan bütün etnik qrupların nümayəndələrinin dillərindən sərbəst istifadə prinsipinə riayət edir və bu dillərin inkişafı üçün şəraitin yaradılmasına təminat verir", – deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, respublikada dövlət dili qırğız dilidir, rus dili konstitusiyada təsbit olunmuş rəsmi dil statusuna malikdir.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi