"Judo Club 2012"nin gənc cüdoçularının uğurlar artır - FOTO
Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən "Judo Club 2012" öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurla çıxış edərək parlaq qələbələr qazanırlar.
Bu yaxınlarda klubun gənc cüdoçuları iki mötəbər beynəlxalq yarışdan Vətənə yüksək mükafatlarla qayıdıblar. Belə ki, klubun yetirməsi Nurlan Osmanov (66 kq) Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında keçirilən Avropa birinciliyində qüvvəsini sınayıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz, müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Nurlan rusiyalı rəqibi Murad Çopanova məğlub olaraq, qitə çempionatının gümüş medalını qazanıb.
Azərbaycan cüdosunun ən gənc istedadlı nümayəndələrindən olan Murad Fətiyevin (81 kq) Avstraliyanın Pert şəhərində keçirilən "Okeaniya Open" turnirindəki uğurlu çıxışını da klubun diqqətəlayiq nailiyyətlərindən sayıla bilər. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda cüdoçumuz yarışda bürünc medala sahib çıxıb. Mübarizəyə 1/32 finaldan başlayan təmsilçimiz ilk mərhələdə Fransa, növbəti görüşdə isə uruqvaylı idmançını üstələyib. Lakin gənc cüdoçumuz 1/8 finalda braziliyalı rəqibinə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız bu mərhələdə Avstriya cüdoçusuna qalib gəlib. Murad Fətiyev həlledici görüşdə italiyalı Andrea Regis üzərində də üstünlüyünü təmin dərək üçüncü yerin sahibi olub. Olimpiya ümidlərimizdən olan idtedadlı cüdoçu bürünc medal qazanmaqla öz aktivinə 350 xal yazdırıb. O, hazırda dünya reytinqində 43-cü, Olimpiya reytinqində isə 36-cı pillədə qərarlaşıb. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır