Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçiridi

Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçiridiSumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
KONKRET.azxəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Gülnarə Həbibova ifadə verib.
Gülnarə Həbibova ifadəsində bildirib ki, ayrı-ayrı vaxtlarda Cəmil Məmmədliyə ümumilikdə 6500 manat pul verib. Zərərçəkən jurnalistin ondan birbaşa pul istəmədiyini deyib. "Deyirdi ki, Bakıya getməliyəm, filankəslərlə görüşməliyəm. Amma heç siqaret almağa pulum yoxdur. Mən də ona pul vermişəm", deyə Gülnarə Həbibova bildirib.
Onun sözlərinə görə, Cəmil Məmmədliyə pulları anasının qətli ilə bağlı yazdığı yazılara görə verməyib: "Yazılara görə pul verməmişəm.  Deyirdi ananın qətl işi ilə bağlı filankəslə görüşməliyəm. Mən də pul verirdim. Yəni, belə qənaət yaradırdı bu görüşlərdə xərci çıxır".
Gülnarə Həbibova əlavə edib ki, Cəmil Məmmədli onunla söhbətlərdə anasının qətli ilə bağlı hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşdüyü deyib. "Yazışmaları istintaqa təqdim etmişəm" deyən zərərçəkən hesab edir ki, Cəmil Məmmədlinin niyyəti onu aldadıb pul almaq olub.
Jurnalist isə deyilənlərin yalan olduğunu bildirib: "İnternet kanallara verdiyiniz müsahibələrdə deyirsiniz ki, Cəmil Məmmədli ilə yalnız 3 ay əlaqəmiz olub. Sonradan onun başqa yerlərə işlədiyini bilmişik. İndi isə sizin sözlərinizdən məlum olur ki, proses 3 ay çəkməyib. İndi sual edirəm: Müsahibələrinizdə düz danışmısınız, yoxsa burda?".
Gülnarə Həbibova daha sonra jurnalistin vəkili Fariz Namazlının suallarını cavablandırıb. Vəkil zərərçəkəndən verdiyi pulları niyə gec tələb etdiyini soruşub. Gülnarə Həbibova isə bunu Rusiyada olması ilə əlaqələndirib.
Daha sonra iş üzrə şahid qismində tanınmış Dəyanət Məmmədov ifadə verib. Onun ifadəsi ilə zərərçəkənlər Cavid Balaqədəşovla Ağasalam Ağayevin ifadəsi ziddiyyət təşkil edib.
Məlumat üçün deyək ki, Cavid Balaqədəşovla Ağasalam Ağayev Cəmil Məmmədliyə 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə elan olumuş ittiham üzrə zərərçəkən qismində tanınıb.
Onlar ötən prosesdə Cəmil Məmmədliyə deyil, Dəyanət Məmmədova pul verdiklərini bildiriblər. Eyni zamanda, Cəmil Məmmədlidən şikayətçi olmadıqlarını deyiblər.
Dəyanət Məmmədov isə iddia edib ki, hər iki şəxs pulu Cəmil Məmmədliyə verib. Cəmil Məmmədli Dəyanət Məmmədovun dediklərinin yalan olduğunu bildirib.
Proses noyabrın 23-nə təxirə salınıb.
Mənbə: Qaynarinfo

Hadisə       Tarix: 02 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər bugünki xəbərlər sonxabar xeber