Kalın: "Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu"
Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işğalı ilə əlaqədar. İndi şərtlər dəyişib.
Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu", – Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.
İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.
"Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən", – Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.
İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə, o cümlədən jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Ağdamda açıq ərazidə yanğın başladı
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra
Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb