Kanada Çinin Sincan bölgəsindən 10 min uyğuru qəbul etməyə hazırdır

Kanada Çinin Sincan bölgəsindən 10 min uyğuru qəbul etməyə hazırdırKanada Çinin Sincan bölgəsindən 10 min uyğuru qəbul edə bilər.
KONKRET.azxəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.
Bildirilir ki, Kanada parlamentinin İcmalar Palatası iki il ərzində Çinin Sincan bölgəsindən 10 min uyğur qaçqını qəbul etməyə çağıran qətnamənin ölkə rəhbərliyi tərəfindən qəbul olunması üçün səs verib.
Səsvermə zamanı məsləhət xarakterli və Kanada hökuməti üçün məcburi xarakter daşımayan qətnamənin qəbul edilməsinin lehinə Palatanın 322 üzvü səs verib, əleyhinə səs qeydə alınmayıb.
Qeyd olunub ki, təqdim edilən sənədin müəllifi Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberidir. Zuberi onu da vurğulayıb ki, üçüncü ölkələrə qaçan Sincan uyğurları və digər yerli türkdilli icmalar sonradan vətənlərinə qayıtmaq üçün Çin hakimiyyətinin təzyiqi və hədələri ilə üzləşirlər və Kanada hökuməti bunu etiraf etməyə çağırıb.
Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Şon Freyzer öz növbəsində bildirib ki, ölkəsi müdafiəyə ehtiyacı olanlara kömək etmək üçün hər zaman üzərinə düşəni edəcək: "Mən İcmalar Palatasının 1 fevral tarixində təsdiq etdiyi təklifdə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün bütün partiyaların üzvləri ilə əməkdaşlıq etməyə hazıram".
Məlumatda o da deyilir ki, dünyanın müxtəlif insan haqları təşkilatları rəsmi Pekini 2017-ci ildən indiyə kimi bir milyondan çox müsəlman uyğur, qazax və digər türkdilli etnik qrupların nümayəndələrini həbs düşərgələrinə göndərməkdə ittiham edir.
Kanada İcmalar Palatası Çin hökumətinin uyğurlara, qazaxlara və Sincanda yaşayan digər yerli, əsasən də müsəlman xalqlarına qarşı rəftarını 2021-ci ilin fevralında soyqırımı kimi tanıyıb.
Çin hökuməti isə öz növbəsində ölkə rəhbərliyinə qarşı irəli sürülən bütün ittihamları rədd edir, Sincanda baş verənləri terrorizm və ekstremizmlə mübarizə tədbirləri adlandırır.
Xatırladaq ki, ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo vəzifədən getmədən öncə Çinin Sincan bölgəsində baş verənləri soyqırımı adlandırıb.//APA

Siyasi       Tarix: 03 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun