Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb
2-4noyabr 2022-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Beynəlxalq Ticarət və Regional Banklar konfranslarını təşkil edib. Tədbirlərə Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Beynəlxalq Ticarət Konfransı təchizat zənciri, ticarətin rəqəmsallaşması, davamlılıq/ətraf mühit, sosial və korporativ idarəetmə, geosiyasət, tənzimləmə, komplayens, eləcə də beynəlxalq ticarətə və onun maliyyələşməsinə təsir edən digər aktual məsələləri diqqət mərkəzinə gətirib. Konfransda bank ekspertləri, müxtəlif hökumətlərin rəsmiləri, beynəlxalq ticarət və təchizat zəncirində iştirak edən digər qurumların nümayəndələri iştirak edirdi. 2022 Regional Banklar Konfransı isə bankları maraqlandıran mövzuları müzakirə etmək və iştirakçılar arasında fikir mübadiləsi aparmaq üçün keçirilib.
"Bu gün qlobal geosiyasi qeyri-müəyyənlik bütün dünyada bankları bir sıra çağırışlarla üz-üzə qoyur. Buna görə, o cümlədən Covıd-19 pandemiyasının yaratdığı çətinliklər səbəbindən banklar öz tənzimləməvə komplayenssiyasətlərində əlavələr və dəyişiklər etməyə məcbur olublar. Konfransların məqsədi məhz bu kimi mövzuları müzakirə etmək, həmçinin beynəlxalq ticarətin və təchizat zəncirininmaliyyələşməsinin davamlı və dayanıqlı şəkildə təmin edilməsi üçün çıxış yolları tapmaq idi", - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, BAFT Kapital Bank-ın 2017-ci ildən üzv olduğu Amerika Banklar Assosiasiyasının (AmericanBankersAssociation) törəmə qurumudur. Bank BAFT-ıntəşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - , Birbank kartı sifarişi üçün - .




/ azxeber.com

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Türkiyə Ermənistanla sərhədi açır?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib