"Kapital Bank" "Sibos 2022" tədbirində iştirak edir

"Kapital Bank" ASC bu gündən başlayaraq Niderlandın paytaxtı Amsterdamda keçirilən və oktyabrın 13-də başa çatacaq ənənəvi "Sibos 2022" sərgi-konfransında iştirak edir. Tədbirə Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. Builki "Sibos" tədbiri "Dəyişən dünya üçün proqressiv maliyyə" mövzusuna həsr olunub.
Pandemiyadan sonra ilk dəfədir ki, canlı formata qayıdan sərgi-konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada bu gün gündəmdə olan digər vacib mövzuları müzakirə edir. Tədbirdə "Kapital Bank"ın xüsusi stendi quraşdırılıb, iştirakçılar bank və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilirlər.
"Pandemiyaya dövründə belə "Kapital Bank" daima beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlığı davam etdirib. "Sibos" sərgi-konfransı dünyanın müxtəlif ölkələrindən və qurumlardan olan ekspertlərlə üz-üzə fikir mübadiləsi aparmaq, təcrübələri paylaşmaq üçün çox gözəl fürsətdir", — deyə R.Allahverdiyev bildirib.
""Sibos" — hər il Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) beynəlxalq maliyyə sənayesi üçün təşkil etdiyi və dünyanın böyük şəhərlərində baş tutan sərgi-konfransdır. Oktyabrın 9-da "Kapital Bank"ın nümayəndə heyəti builki "Sibos" səfəri çərçivəsində üzv olduğu Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyasının (BAFT) Qlobal İllik Yığıncağında da iştirak edib.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , "Birbank" kartı sifarişi üçün — . / azxeber.com

İqtisadiyyat       Tarix: 11 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler 2026 cəbhədən son məlumat son xeberler bugun metbuat xeberleri