Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb.
azxeber.com xəbər verir ki, şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək bu təqaüdə layiq görülüblər. Görüşdə tələbələr əldə etdikləri uğurlar münasibətilə Şirkətlər Qrupu adından təbrik olunublar. Bildirilib ki, onların əzm və zəhməti ilə qazandıqları nailiyyət ailələri ilə yanaşı, böyük "Veysəloğlu"ailəsi üçün də qürur mənbəyidir. Gənclər və onların valideynləri bu uğura aparan yol barədə fikirlərini bölüşüblər. Görüşdə Aydın Veysəloğlu gəncləri təbrik edərək onların əldə etdikləri yüksək nəticələrdə şəxsi qabiliyyət və zəhmətlə yanaşı, məktəbin və ailənin də mühüm rol oynadığını bildirib:
"Həyatda uğur qazanmaq üçün böyük şansınız, eyni zamanda böyük məsuliyyətiniz var. Sizin kimi yüksək nəticə əldə etmiş gənclərin sayı ölkəmizdə çox deyil. Qarşıda sizi universitet həyatı və gələcək karyera gözləyir. Dayanmaq olmaz. Bu gün dünya ölkələri arasında rəqabətdə ixtisaslı kadrlara sahib olmaq çox önəmlidir. İnsan kapitalı böyük dəyər daşıyır. Çalışın ki, əldə etdiyiniz nəzəri bilikləri təcrübə ilə birləşdirəsiniz, ixtisasınıza uyğun fəaliyyət göstərən şirkətlərlə daim əlaqədə olasınız. Bu, bilik və bacarıqlarınızı gələcəkdə uyğun sahələrdə tətbiq etməyinizə kömək edəcək. Valideynləriniz sizin uğurlarınıza necə sevinirlərsə, mən də bir o qədər sevinirəm. Bu uğurunuzla bağlı şəxsi sosial şəbəkə hesablarımda da paylaşım etmişəm".
Prezident təqaüdünə layiq görülən gənclərdən Hüseyn Seyidov 689,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov "Veysəloğlu Qrup" MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.
Aylin Nəbiyeva 667,4 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev "Veysəloğlu" MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.
Əli Umudov 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova "OBA Market" MMC-də satıcı-kassir vəzifəsində çalışır.
Xəyal Xasməmmədli isə 659,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov "Araz Supermarket" MMC-də administrator vəzifəsində çalışır.
Tədbirin sonunda Prezident təqaüdçülərinə Şirkətlər Qrupu adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, builki ali məktəblərə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunda çalışan ümumilikdə 16 əməkdaşın övladı 600-dən çox bal toplayıb.
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLARVeysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

İqtisadiyyat       Tarix: 28 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli son.xabar futbol xeberleri sonxabar az