"Kartof bahalaşacaq" - AÇIQLAMA

" class="imgbcode" />Bu gündən etibarən Iranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır. Qonşu dövlətin ərzaqlıq kartof məhsulları ilə bağlı əsas idxalçılardan olduğunu nəzərə alsaq, problemin daxili bazarda kartof qıtlığı yarada biləcəyi və bunun qiymət artımına gətirib çıxaracağı barədə düşünmək olarmı?

" class="imgbcode" />İqtisad elmləri doktoru, professor Elşad Məmmədov KONKRET.az-a bununla bağlı açıqlamasında bildirib ki, İran şirkətlərinə Azərbaycana kartof gətirilməsi ilə bağlı qoyulan müvəqqəti qadağa kompensasiya mexanizmlərini özündə ehtiva edir: "Həmçinin, alternativ kanallar mövcuddur ki, onlar hesabına ölkədə kartof qıtlığı yaranmasın. Bir tərəfdən, bura yerli istehsalı, digər tərəfdən isə alternativ idxalı aid etmək olar. Çünki bu tip qərarların qəbul edilməsində sözsüz ki, sistemli yanaşmalar olmalıdır".
Professor İran şirkətlərinə qoyulan qadağanın kartof bazarındakı qiymətlərə ciddi təsir edəcəyini düşünmür: "Buna baxmayaraq, sözsüz ki, biz yerli istehsalın inkişafına nail olmalıyıq. Çünki istənilən halda, idxalın payının çox olması daxili bazarda qeyri-müəyyənliyə və qiymət artımı risklərinin çoxalmasına səbəb olur".
Ekspert hesab edir ki, bu qadağa qoyulmasa belə, qış aylarına doğru qiymətlərin artmasının şahidi ola bilərik. "Bu, bir sıra amillərlə bağlıdır. O baxımdan yerli məhsulların da qiymətlərində artım gözləmək olar. Çünki həm gübrə təsərrüfatı ilə bağlı olan problemləri bura aid etmək, həm də inflyasiya meyllərinin artmasını nəzərdən keçirmək lazımdır. Yəni onsuz da qiymətlərdə artım gözləniləndir", – deyə alim vurğulayıb.

" class="imgbcode" />İqtisadçı-ekspert Eldəniz Əmirov da məsələ ilə bağlı fikirlərini bölüşüb: "Nəzərə alaq ki, ölkəmizdə kartof yığımı o qədər də əvvəldən başlamayıb, yəni öz ehtiyatımız hazırda kifayət qədərdir. Eyni zamanda, müxtəlif istiqamətlərdən də ölkəyə kartof idxalı davam edir. Odur ki, İran tərəfdən hər hansı məhdudiyyətin qıtlıq yarada biləcəyini düşünmürəm. Çünki bir istiqamətdən məhdudiyyətin olması digər istiqaməti aktivləşdirəcək".
İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, İrandan Azərbaycana kartof ixracı ilə məşğul olan şirkətlərə qarşı hər hansı bir qadağa ölkəmizdə sözügedən məhsul növü üzrə istehlak bazarında mənfi təsir yarada bilməz:  "Buna sübut olaraq deyə bilərəm ki, İrandan Azərbaycana ixrac edilən kartof məhsullarına dəfələrlə müvafiq qadağalar tətbiq edilib. Bu hal digər məhsullar üzrə də özünü göstərib, lakin nəticə etibarilə bazarda heç bir problem ortaya çıxmayıb".
P.Heydərov əlavə edib ki, Azərbaycanda da kartof istehsalı kifayət qədərdir. "Düzdür, daxili tələbatı ödəməyə imkan vermir, ona görə də bu məhsulun idxalı ilə də məşğuluq. Bununla yanaşı, bu sahədə, real olaraq bazarda heç bir təhlükə mövcud deyil və belə bir təhlükənin ortaya çıxacağına da heç bir əsas yoxdur", – deyə ekspert vurğulayıb.
Mərahim Nəsib,
KONKRET.az

Sosial       Tarix: 23 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycanda bu həftə 4 gün iş olacaq. xəbər verir ki, buna səbəb 26 İyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab edilir. Bundan əlavə, iyunun 27-28-i şənbə-baza

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele son xeberler az cəbhədən son dəqiqə xəbərlər