Kəlmeyi-şəhadətlə başını kəsdi - 'Lider TV'də işləmiş qadının qətlinin ŞOK DETALLARI

Kəlmeyi-şəhadətlə başını kəsdi - 'Lider TV'də işləmiş qadının qətlinin ŞOK DETALLARI2022-ci il yanvarın 4-də Bakının Xətai rayonu General Şıxılinski küçəsi, ev 51, mənzil 27-nin hamam otağında 31 yaşlı Nahidə Əliyeva qətlə yetirilib. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
Hamam otağından N. Əliyevanın başı və çiyin hissədən qolları kəsilmiş halda meyiti aşkar edilib.
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə hadisəni törədən 35 yaşlı Orxan Əliyev saxlanılıb. Polisə də məhz, Orxanın bacısı zəng edərək məlumat verib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlum olub ki, N. Əliyeva əvvəllər "Lider" televiziyasında çalışıb.
azxeber.com xəbər verir ki, "lent.az" qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 13 radələrində Orxan Əliyev yaşadığı mənzildə həyat yoldaşı Nahidə Əliyevanın ona xəyanət etməsindən şübhələnib. Bu zaman aralarında mübahisə yaranıb. Orxan mübahisə zamanı qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Üzünə yumruqla 2 dəfə zərbə vurandan sonra, saçından tutub, qadını sürüyüb hamam otağına aparıb. İsrarla "kəlmeyi-şahadət" söylədib, mənzildə olan mətbəx bıçağından və baltadan istifadə edərək, başını gövdədən tam ayırıb. Şiddətli ağrılarla işgəncə verərək, arvadını xüsusi amansızlıqla öldürüb. Öldürdükdən sonra onu soyunduraraq, həmin kəsici və çapıcı alətlərlə meyiti müxtəlif hissələrə bölüb.
İş üzrə dindirilmiş Orxan Əliyev bildirib ki, 2015-ci ildə doğma bibisi qızı Nahidə Əliyeva ilə ailə qurub. Nikahdan bir övladları dünyaya gəlib:
"Evlənəndən sonra yoldaşım, qızım və anam Minarə ilə birlikdə General Şıxlinski küçəsi, 51 ünvanında yaşayırdıq. Son illər Nahidənin mənə yalan danışmasından, həmçinin mobil telefonu vasitəsilə məni izlətməsindən şübhələnməyə başladım. Qadının kiminləsə danışmasını və ya mesajlaşmasını görməmişəm. Bununla bağlı aramızda tez-tez mübahisələr yaranırdı. Axırıncı dəfə 2021-ci il dekabrın 5-də növbəti mübahisədən sonra arvadım uşağı da götürüb Füzuli rayonuna, valideynlərinin yaşadığı evə gedərək, orda qaldı. 2022-ci il yanvarın 3-də günorta Nahidəni və övladımı evə gətirmək üçün taksi ilə Füzuliyə, qayınatamgilə yollandım. Səhərisi gün yoldaşım və uşağımla Bakıya qayıtdım. Saat 12 radələrində evimizə çatdıq. Bir qədər keçdikdən sonra anama uşağı da götürüb bacımgilə getməsini bildirdim".
Orxan bundan sonra mənzildə yoldaşı ilə tək qalıb. Nahidədən ona kiminlə xəyanət etdiyini soruşduqda, qadın heç kəslə yaxın münasibəti olmadığını deyib:
"Arvadımın xəyanət etdiyini hiss etdiyim üçün, onunla çox əsəbi vəziyyətdə danışmağa başladım. Nahidəyə düzünü söyləməsini, xəyanəti bağışlamayacağımı və bunun cəzasının ölüm olduğunu bildirdim. Yoldaşım xəyanət etmədiyinə and içəndə, bundan daha da qəzəbləndim və yalandan Allaha and içməməyini söylədim. Ardınca bir neçə dəfə yumruqla üzünə zərbələr vurdum. Zərbələrin təsirindən qadın yerə yıxılsa da, huşunu itirmədi. Saçından tutub sürüyə-sürüyə onu hamam otağına apardım. Əyilmiş vəziyyətdə saxlayaraq, ona: "namusuma əl uzatmısan, sənin başını və əllərini kəsəcəyəm, kəlmeyi-şəhadətini de, sonra səni öldürüm" dedim. Ona kəlmeyi-şəhadətini deməyə məcbur etdim və bıçaqla Nahidənin başını kəsdim. Başını və qollarını bədənindən ayırmaq çətin olacağını düşünüb eyvandan baltanı götürərək, hamama qayıtdım. Nahidə artıq keçinmişdi. Onun başını bıçaqla kəsərək, bədənindən tam ayırdım. Sonra qollarını kəsmək üçün əynində olan paltarları çıxartdım və onları plastik tasa atdım. Nahidənin başı kəsilmiş meyitini çılpaq vəziyyətdə vannanın içinə uzatdım. Orda bıçaqla onun sağ qolunu çiynindən kəsdim. Başını su ilə yuyub sellofan torbaya, kəsilmiş sağ qolunu isə tasa qoydum. Hamamda qana bulaşmış yerləri də yudum. Bu zaman evin qapısı döyüldü. Qapının gözlüyündən baxanda anam və bacımın gəldiyini gördüm. Onlara getmələrini bildirsəm də, israrla qapını açmağımı istədilər. Yeznəm də səsini çıxararaq, orda olduğunu, qapını açmayacağı təqdirdə polisə zəng edəcəklərini dedi. Qapını açaraq, onlara artıq gec olduğunu və Nahidəni öldürdüyümü bildirdim".
Zərərçəkmiş şəxin hüquqi varisi Səhəddin Həsənov ifadəsində göstərib ki, 2021-ci il dekabrın 5-də qızının qaynanası ona zəng edərək, gəlib Nahidəni yaşadığı evdən aparmasını xahiş edib:
"Səbəbini soruşanda, qadın bunu telefonla yox, sonradan üz-üzə deyəcəyini söylədi. Həmin gün Bakıya gəldim. Evə daxil olanda Nahidənin üzündə xəsarət izləri gördüm. Orxanın anası və bacısı bildirdilər ki, onların arasında tez-tez mübahisələr olur. Kürəkənim narkotik maddələrdən istifadə edirdi. Axırıncı dəfə Nahidənin mobil telefonunu onun başına çırpıb və baş verənlərlə bağlı qızımın heç bir günahı yoxdur. Qızımı götürüb rayona apardım. 2022-ci il yanvarın 3-də Orxanın anası zəng edib oğlunun ailəsi ilə barışmaqdan ötrü rayona gələcəyini dedi. Axşam kürəkənim gəldi və bizdə qaldı. Nahidəyə Orxanla getməməsini, sonradan onu özüm aparacağımı desəm də, qızım razılaşmayaraq səhərisi gün əri ilə birgə Bakıya yola düşdü. Həmin gün Orxanın bacısına zəng edəndə o, heç nə izah etmədən, tez bir zamanda Bakıya gəlməyimi dedi. Qızımın yaşadığı ünvana çatanda Nahidənin qətlə yetirildiyini bildim".
Şahid Elmir Həsənov bildirib ki, qaynanası evin qapısını açarla açmaq istəsə də, qapı içəridən bağlı olub:
"Qapını döydükdə Orxan aqressiv şəkildə bizdən çıxıb getməyimizi tələb etdi. Polis çağıracağımızı bildirdikdə Orxan qapını açdı. Mənzilə daxil olanda qohumum yarıçılpaq şəkildə, əllərini sağa-sola yelləyərək arvadını öldürdüyünü dedi. Qaynanamın arxasınca tez eyvana getdim. Çünki Orxanın Nahidəni eyvandan aşağıya atmasını düşündük. Sonra hamamın qapısını açıb tasın içində insan qolu gördüm və tez qapını bağladım. Yoldaşımla qaynanam hamama girmək istəyəndə onları içəriyə qoymadım. Orxan polisə təslim olacağını söyləyərək, paltarlarını geyindi və mənzildən çıxdı. Orxan getdikdən sonra yoldaşım 102 xidmətinə zəng etdi və həmçinin binanın komendantını çağırdı. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları gəldi".
Şahid ifadələrindən məlum olub ki, qardaşı Orxan Əliyevi 2021-ci ilin dekabr ayında Narkoloji Dispanserə aparıb və orda müayinə zamaı qanında narkotik maddələr aşkar edilib. Buna görə həkim ona müalicə təyin edib. Kompleks ambulator məhkəmə-psixioloji ekspertizasının rəyinə görə, Orxan Əliyevin hərəkətlərini idarə etmək iqtidarında olub. Onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
Məhkəmə iclasında Orxan Əliyev xüsusi ilə ağır cinayət törətməkdə özünü təqsirli hesab etsə də, əməlindən peşman olmadığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub.

Sosial       Tarix: 12 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar en son xeberler cebheden xeberler xeber az