Kənan MM-lə "Bozbash Pictures" qarşı-qarşıya: "Aramızdakı davanın səbəbi..."

Kənan MM-lə "Bozbash Pictures" qarşı-qarşıya: "Aramızdakı davanın səbəbi...""Komediya anlayışım bəsitdir. Tamaşaçı gülənə mən, mən gülənə tamaşaçı gülmür. Komediya mənim başım üçün deyil".
Open.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Söhbətsiz" verilişində deyib. O, "Bozbash pictures" komandası ilə arasında yaşanan qalmaqaldan bəhs edib:
"Bozbash pictures"in ilk filmini çəkdim, bəyənilmədi. İkimizin də ilk filmi idi. Deyirdilər, bizi qınama, həmişə fotoaparat qabağında dayanıb danışmışıq. Rejissorla işləməmişik. Hamı da o filmdən pul qazandı. Sadəcə, mən o ekran işinə ruhumu qoymadım. İlkinin (aktyor İlkin Həsəni - red.) qızının ad günündə təbrik də yazmışdım. Kin saxlayan deyiləm. Aramızdakı davanın səbəbi İlkinin statusu olmuşdu. Xoşuma gəlmədi, qıcıqlandım. Nə sözün var zəng et. İradı statusda həll edəcək yaşda deyilik. 7 ildən sonra irad bildirmək anlamsız idi. Filmin pulunu xərcləyəndə heç kim nəsə demirdi".
Kənan klip çəkməməsinin səbəblərindən söz açıb:
"Klip bir tramplin idi. Amma yaxşı pul verən olsa, çəkərəm. Darıxmışam o iş üçün. Bir vaxtlar subay idim, evim yox idi, özümü ucuz satırdım. İndi yox, klipi ucuz çəkmərəm".
Sənətçi daha Türkiyədə seriala çəkilməyəcəyini açıqlayıb:
"Ailəmdən ayrı qalıram. Amma filmə gedib çəkiləcəm. Hətta ssenari gəlib, oxuyuram. Özüm də Azərbaycanda serial çəkəcəm. Səviyyəsiz filmlərin cənazə namazını qılacam. Bizim serialların çoxu divanda oturub, danışan başlardan ibarətdir". /open.az

Şou Biznes       Tarix: 18 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler cəbhədən görüntülər cəbhədən son məlumat xabarlar