Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, "Araz" Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.
Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.
Görüş zamanı "Veysəloğlu" Şirkətlər Qrupunun Baş icraçı direktorunun qida təhlükəsizliyi və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə və "Araz" Supermarketlər Şəbəkəsinin təzə məhsullar üzrə Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Vüqar Quliyev tərəfindən "Meyvə-tərəvəz və ət tədarükü zənciri" mövzusunda təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı məhsullarının istehsalçıdan satış nöqtəsinədək keçdiyi mərhələlər, qəbul və saxlanma şərtləri, keyfiyyətə nəzarət mexanizmləri, logistika imkanları və mövcud əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.
Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə

İqtisadiyyat       Tarix: 02 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Derimod-un "Vision 2030" yolunda yeni mərhələ: Bakı

Türkiyənin dəri gödəkçə, ayaqqabı və çanta kateqoriyalarında bazar lideri olan Derimod 50 ildən artıq brend tarixini və pərakəndə satış təcrübəsini beynəlxalq böyümə strategiyasına daşıyır. "Vision 2030" strategiyas

"Unibank" üçüncü rübün maliyyə nəticələrini açıqladı

"Unibank" KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib. Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 33 milyon manat olub

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızısta

Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?

Mənzil almaq istəyənlər üçün sərfəli seçimlər: hansı ərazilərdə münasib qiymətə ev tapmaq olar?. Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərin

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

Bu il qızıl nə qədər ucuzlaşıb?

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 226 manat 76 qəpiyə bərabər olub. -a istinadla xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin yanvar ayından ötən son 9 ayda 25,6% və ya 78 mana

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi

Oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri en son xeber xeber.az zelzele