Kənd Təsərrüfatı Nazirliyinin bütün komandası istefa verməlidir - ƏTRAFLI

Kənd Təsərrüfatı Nazirliyinin bütün komandası istefa verməlidir - ƏTRAFLIDünyada qorxulu tendensiyalar baş verir. Bu tendensiyaların ən qorxulu məqamı odur ki, yaxın zamanlarda dünyanı ciddi ərzaq qıtlığı gözləyir. Təsadüfi deyil ki, son 3 ildə dünya bazarında ərzaqlıq buğdanın qiyməti 2 dəfəyə yaxın artıb. Qiymət artımı isə o zaman olur ki, tələb təklifi üstələyir. Deməli, artıq ərzaq qıtlığı dövrünə qədəm qoymuşuq. Bəs, dünyada baş verən qıtlıq və bahaçılıq Azərbaycana necə təsir edəcək?
Bəri başdan deyək ki, Azərbaycanda ərzaq qıtlığı, ən əsası da çörək qıtlığı olmayacaq. Bunu prezident İlham Əliyev 2022-ci ilin ilk 6 ayının yekunlarına dair keçirilən müşavirədə də bəyan etdi. Çünki Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Hardan olsa, ərzaqlıq buğda və digər qida məhsulları daşınıb gətiriləcək. Amma dünyada baş verən qıtlıq qiymətlərə öz təsirini göstərəcək. Deməli, bizi qıtlıq yox, qorxulu bahalıq gözləyir. Fikrmizin sübutu üçün statistikaya müraciət edək. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin 5 ayında ölkəmizə 5 milyard 135 milyon 561 min manatlıq məhsul idxal edilib. Əvəzində isə 15 milyard 416 milyon 510 min manatlıq məhsul ixrac etmişik. İlk baxışdan elə görünür ki, idxal-ixrac əməliyyatlarında müsbət saldoya malikik. Çox təəssüf ki, ixracımızın 14 milyard dollardan artıq hissəsi ancaq neft-qaz məhsullarıdır. Qeyri-neft sektorunu müqayisə edəndə isə qorxulu rəqəm ortaya çıxır. Belə ki, qeyri-neft sektorunda idxal etdiyimiz məhsullar ixrac etdiyimiz məhsullardan 5 dəfə çoxdur. Bu isə o deməkdir ki, gündəlik istifadə etdiyimiz hər 5 məhsuldan 4-ü xaricdən gəlir. Ona görə də xaricdəki bahaçılıq birbaşa Azərbaycandakı vətəndaşlara təsir edir. Deməli, bizi çox böyük bahalaşma gözləyir.
Bu məsələdə ən qorxulu məsələ isə qida məhsullarında baş verən qiymət artımıdır. Kənd təsərrüfatı məhsullarının mövsümü olmasına baxmayaraq, bütün qida məhsulları ötən illə müqayisədə ən azı 2 dəfə baha qiymətə təqdim olunur. Meyvələr bir yana, adicə soğanın qiyməti əl yandırır. Bu isə artıq dünya bazarındakı qiymət artımı ilə bağlı deyil. Kənd təsərrüfatı məhsullarının bu qədər baha olması sırf daxili səbəblərlə əlaqədardir. Təsadüfi deyil ki, ötən ay aşağı Qarabağ rayonlarındakı fermerlər ayağa qalxdı ki, gübrə ala bilmirik. Bunun da əsas səbəbi gübrənin qiymətinin son 5 ayda 2-3 dəfə bahalaşmasıdır. Üstəlik, fermerlərə təklif olunan gübrələr aşağı keyfiyyətdədir.
Kənd Təsərrüfatı Nazirliyi isə bəhanə gətirdi ki, Ukrayna müharibəsi qiymət artımına səbəb olub. Amma DGK-nın təqdim etdiyi rəqəmlər bunun əksini deyir. Belə ki, 2022-ci ilin 5 ayında ölkəmizə 23 milyon 916 min dollarlıq gübrə gətirilib. Ötən il isə 24 milyon 367 min dollarlıq gübrə almışıq. Və bu il aldığımız gübrələrin həcmi ötən illə müqayisədə 0,47 faiz çox olub. Deməli, gübrə idxalında və onun xaricdən alış qiymətində elə bir fərq yoxdur. Bu, sadəcə iqtisadi sabotaj və möhtəkirlikdir. Çünki ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100  manata satılır. Xırda fermerlərin də bu qiymətə gübrə almaq imkanından məhrumdur. Təsadüfi deyil ki, hazırda əksər regionlarda fermerlər ciddi məhsul itkisi ilə qarşılaşıb. Məsələn, ötən ilin eyni dğvrü ilə müqayisədə kiloqramı 40-50 qəpiyə təklif edilən soğan bu gün istehlakçıya 1.10 – 1.20 manata satılır. Digər kənd təsərrüfatı məhsulları da həmçinin. Kənd təsərrüfatı əkinlərini aqrotexniki qaydada becərilməsində təbii ki, mineral gübrələr əvəzsiz rola malikdir. Gübrənin olmaması isə məhsul itkisi deməkdir.
Məsələnin digər ağrılı tərəfi subsidiyanın fermerin mənfəət normasını təmin etməməsidir. Çünki subsidiya azdır, həm də verilən subsidiya əlçatan deyil. Bildiyimiz kimi, subsidiyanın 25 faizi fermerə nağd şəkildə, 75 faizi isə texniki yardım kimi verilir. Üstəlik, fermer kartındakı vəsaitdən istifadədə tam sərbəst deyil. O, ancaq Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən nağdsız ödəniş edərək gübrə ala bilər. Həmin şirkətlər də müxtəlif bəhanələrlə gübrələrin qiymətini durmadan artırır. Hələ onu demirik ki, bəzi şirkətlərin gətirdiyi gübrələrin keyfiyyəti çox aşağıdır. Keyfiyyətsiz gübrə də təbii ki, aparılan aqrotexniki tədbirlərin səmərəliliyini aşağı salır.
Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi fermerə kömək etmir, əksinə onun əl-qolunu bağlayır. Bu da ondan irəli gəlir ki, bu nazirlikdə oturanların böyük əksəriyyəti aqrar sektor üçün yad adamlardır. İstər nazir, istərsə də onun ən yaxın çevrəsi kənd təsərrüfatı məhsullarına aqrotexniki qulluq zamanı bitkilərin vegetasiya dövrünü belə bilmir. Bu da ona gətirib-çıxarıb ki, aqrar sektoru ilbəil geri gedir. İnam Kərimov vəd vermişdi ki, 2022-ci ilə ərzaqlıq buğda ehtiyacları əsasən yerli istehsal hesabına ödəniləcək. Amma rəqəmlər bunun əksini deyir. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.19 faiz çox taxıl bitkiləri idxal olunub.
Bundan əlavə, söz verilmişdi ki, 2022-ci ildə Azərbaycanda 500 min ton pambıq istehsal olunacaq. Amma görünən odur ki, bu il heç bu rəqəmin 1/5 qədər pambıq olmayacaq.
Bəs nə etməli? Bu barədə növbəti yazımızda…
KONKRET.az-ın Analitik qrupu.

Sosial       Tarix: 19 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Mərdəkanda dənizdə batan 4 gəncin - FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb. xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdl

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun valyuta mezenesi cəbhədən son xəbərlər 2026 son xeberler 2026