Kərimovanın qaytarılan, Feyziyevin mənimsənilən MİLYONLARI - Hansı Avropa ölkəsi ədalətlidir?

Kərimovanın qaytarılan, Feyziyevin mənimsənilən MİLYONLARI - Hansı Avropa ölkəsi ədalətlidir?İkisinin biridir, ya özbək qardaşlarımız bizdən fərasətlidir, ya da İsveçrə hökuməti İngiltərə hökumətindən daha ədalətlidir. Bir-biriilə əlaqəsi yoxmuş kimi görünən bu şərtlərin əslində sıx bağlılığı var. Az sonra.
Fərasətə qalanda Kuril adalarında 99 seriyalı avtomobillə xiyar-pomidor satan, NASA-da proqramçı işləyən, Pekində yerli adamlarla silsiləvi şəkildə kələk gələn təmsilçilərimiz var, heç də heç kəsdən geri deyilik.
İsveçrə və İngiltərə hökumətlərinin ədalətlilik xüsusunda da gərək dərin araşdırma aparılsın, səthi fikir bildirmək olmaz. Amma səthdə olan fakt budur: İsveçrə hökuməti ilə Özbəkistan hökuməti razılığa gəliblər ki, eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarındakı 131 milyon dolları Daşkəndə qaytarılsın.
İndi eyni şeyi İngiltərə hökuməti də etməli, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ölkədən çıxardığı miyonları ölkəmizə qaytarmalıdır.
Mütəxəssislərdən soruşsaq, deyəcəklər, bu o qədər də asan iş deyil, incə detallar var, dövlətlər arasında filan-filan razılaşmalar olmalıdır, beynəlxalq konvensiyalar-filan işləməlidir, daha nə bilim, nə.
Bəs necə olur ki, İsveçrədə o qanunlar işləyir? Demək, istəyəndə alınır, istəməyəndə bəhanə tapmaq asandır.
Özü də əkələrin xaricdəki puluyla bizimki eyni məbləğdə deyil. Orda xaricə pul daşıyan əsasən Kərimovlar idisə, bizdə kimin gücü, gümanı nəyə çatıbsa, kimin pul axıtmaq kanalı varsa, daşıyıb aparıb, nəql edib.
Cahangir Hacıyevin ömür-gün və qeyri-sürgün yoldaşı Zamirə xanım gedib Londonda qədəhi 3 min dollara şərab içməsəydi, milyonluq malikanə almasaydı, butiklərdə milyon-milyon funt-sterlinqlər xərcləməsəydi, heç o pullardan bilmərrə xəbərimiz olmayacaqdı.
Eləcə də London məhkəməsi deputat Cavanşir Feyziyevin 5 milyon funtunun arxasına keçməsəydi, nə biləcəkdik ki, adam ölkədən nə qədər pul çıxarıb.
Yeri gəlmişkən, İngiltərə hökuməti və London məhkəməsi elə ədalətlidirlərsə, o pulları da öz sahibinə, ölkəmizə qaytarmalıdır. Demirlər ki, pulların ölkəmizdən çıxarılması qaydaları şübhəlidir? Şübhəlidirsə, geri qaytarın, şübhələr dağılsın, haqq-ədalət də yerini alsın. Yoxsa "o pul şübhəlidir", "bu pul "çirkli" pula oxşayır", "filan hesabdakı pulun mənbəyi məlum deyil" deyə-deyə xalqın pulunu basmarlayıb mənimsəmək düzgün deyil.
İsveçrə hökuməti isə araşdırıb, özbəklərin təqdim etdiyi sənədləri incələyib, görüb ki, 131 milyon Gülnarə xanımın dədəsinin pulu deyil, daha dəqiqi, dədəsinin hesabına xalqdan oğurlanmış puldur, ona görə də qərar verib ki, pulları əsl sahibinə geri versin.
Xəbərdən belə anlaşıla bilər ki, xanım o qədər də tamahkar qadın deyilmiş, istəsə o, Özbəkistandan milyardlarla pul çıxara bilərmiş, amma etməyib.
Elə deyil, papası sağ olanda Gülya olduqca kefqom həyat tərzi sürüb, yeyib-içib, gəzib, yığıb-toplayıb, necə lazımdır, xərcləyib. Məsələn, o, bir dəfə futbolçu Ronaldonu İspaniyadan gətirtmişdi ki, bir gecə mehmanı olsun. Puluyla deyilmi? Hollivuddan gecəsi 1 milyona ulduz aktrisa gətirdən ərəb şeyxzadələrindən əskik kişinin qızı deyildi ki.
Bax, xatunun elə işləri vardı. Bəlkə o da qədəhi 3 min dollara şərab içirdi, kim bilir. Zövq məsələsidir, bilmək olmaz.
Ancaq o vaxt Özbəkistanın prokurorları məlumat yaymışdılar ki, xanım Kərimovanın bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviyada 1,3 milyard dollardan çox pulu var və bu vəsaitin qaytarılması istiqamətində işlər aparılır.
Belə görünür ki, vəsaitin qaytarılması istiqamətində aparılan işlər yalnız İsveçrədə uğurlu olub. Məhz rəsmi Bern müraciətlərə müsbət reaksiya verib. Yerdə qalan dövlətlər isə müdrikcəsinə susur, vəsaiti gəldiyi istiqamətə qaytarmaq istəmirlər.
Gülnara Kərimova ilə bizim xaricə pul daşıyanların arasında əsas fərq odur ki, Gülnarə xanım 2015-ci ilin avqust ayından içəridədir. Onu dələduzluq və vergidən yayınma maddələri ilə suçlayıblar, əvvəlcə 10 il iş kəsiblər, sonra o, höcətlik edib, pulları geri verməyib, cəzasını daha 3 il dörd ay artırıblar.
Biz isə oturub gözləyirik ki, xaricdəki milyardlarımızı nə vaxt, necə qaytaracaqlar…
Samir Sarı /konkret.az

Siyasi       Tarix: 16 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az