Keyt Middlton bir illik xərçəng müalicəsindən danışdı: Gözəl şeylər gözləyirəm
Uels şahzadəsi Keyt Middlton xərçənglə bir il davam edən mübarizədən sonra remissiyada (gözləmə)olduğunu açıqlayıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı şahzadə "instaqram" səhifəsində açıqlama yayaraq müalicə aldığı xəstəxanasının əməkdaşlarına göstərdikləri qayğıya və peşəkarlığa görə və ağır amanlarda yanınd olan bütün pərəstişkarlarına təşəkkür edib.
Keyt deyib ki, o, xəstəliyini çox çətin qəbullanıb:
"Bu aöır zamanda mənim və ailəmin yanında olduğunuz üçün hər birinizə səmimi şəkildə təşəkkür edirəm. Hazırda remissiyada (gözləmə) olmağım bir rahatlamadır, lakin mən hələ də tam sağalmağa fokuslanmışam. Xərçəng xəstəliyindən əziyyət çəkən hər kəs bilir ki, bu, reallığa uyğunlaşmaq üçün vaxt lazımdır, lakin mən gözəl şeylər gözləyirəm."
Qeyd edək ki, Uels şahzadəsi indi xəstəxananın xeyriyyə təşkilatının həmsədri kimi fəaliyyət göstərir. Müraciətində o, öz vəzifəsində onkoloji xəstəliklər sahəsində tibbi tədqiqatlara dəstək verəcəyini və xərçənglə mübarizə aparan xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək verəcəyini bildirib.
Aysel

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib