Kiberdələduzların əsas məqsədi vətəndaşları aldatmaqdır' - Fərid Pərdəşünas
Son dövrlərdə kiberdələduzlar internet üzərindən bilet satışını hədəf almaqda davam edir. Vətəndaşlar bildirirlər ki, belə hallarla son zamanlar daha tez-tez qarşılaşırlar və bu vəziyyət mədəni tədbirlərə qatılmaq istəyən insanların etibarını sarsıdır, eyni zamanda onlarda onlayn ödənişlərə qarşı ehtiyatlılıq hissi yaradır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas azxeber.com-a söyləyib ki, kiberdələduzluğa qarşı görülən tədbirlər vətəndaşın özündən asılıdır:
"Yəni vətəndaş linkə daxil olarkən, keçid etdiyi sayta və ya ödəniş etdiyi platformaya kart məlumatlarını yazarkən diqqətli olmalıdır. Kiberdələduzların əsas məqsədi vətəndaşları aldatmaqdır. Ona görə də insanlar Azərbaycanda kibergigiyena qaydalarına əməl etməlidirlər. Təəssüf ki, vətəndaşların çoxu bu qaydalardan xəbərsizdir. Onlar elə bilirlər ki, internetdə ödəniş qəbul edən hər sayt etibarlıdır, amma düşünmürlər ki, yüzlərlə, minlərlə ödəniş platforması var və bəzilərinin arxasında kiberdələduzlar dayanır. İnsanlar maariflənməli və diqqətli olmalıdırlar. Kiberdələduzluqdan qorunmanın yeganə yolu insanların gözlərini dörd açmasıdır".
Şahanə Ziyad
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA