"Kılıçdaroğlu qalib gəlsə, bu, bölgə üçün yeni təhlükə olacaq" - Rusiyalı politoloq

28 maya qədər Türkiyəni çətin dövr gözləyir. Bu, tarixi seçkidir. Burada güclü dövlətlərdən biri olan Türkiyənin hansı qüvvələrin tərəfində olacağı, nüfuzunu qoruyub, milli maraqlarını reallaşdırıb, beynəlxalq gündəmə təsir göstərəcəyi, yoxsa tamamilə Qərbin tərəfinə keçəcəyi müəyyən ediləcək. 
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.
"Ərdoğan və rəqibinin hansı səfərbərlik resursuna sahib olacağı önəmlidir. Türkiyənin hazırkı prezidenti ilk turda qalib gəlmək üçün təxminən 250 min səsi çatmadı, əslində bu, acınacaqlı rəqəmdir. Ərdoğan ölkəsinin milli maraqlarını müdafiə edən, müstəqil, beynəlxalq vəziyyətə təsir edən, Rusiyanın, üstəlik Azərbaycanla yaxşı münasibətləri olan çox güclü liderdir. Onun qələbəsi isə təbii ki, həm Rusiya, həm də Azərbaycanın xeyrinədir. Əgər Qərbin peşkası – Kılıçdaroğlu olmasaydı, Türkiyədəki seçki prosesinə güclü Qərb təzyiqi olmasaydı, Ərdoğan artıq birinci turda sözsüz ki, böyük fərqlə qalib gələcəkdi. Ona qarşı təxribatlar, gülməli ssenarilər, Kılıçdaroğlunun Rusiyanın seçkiyə müdaxiləsi iddiası ilə bağlı açıqlamalarını gördük", – o bildirib.
Solonnikov qeyd edib ki, Türkiyə müxalifəti qərbyönlü mahiyyətini gizlətmir:
"Onlar (Türkiyə müxalifəti – red.) hətta Azərbaycana, yumşaq desək, tərəfdaş kimi baxmırlar. Kılıçdaroğlu birbaşa deyir ki, NATO ölkələrinin ümumi kursunu rəhbər tutacaq. Bəs o kimdir? Bu, Fransadır, bu, hazırda Ermənistanda yerləşən sülhməramlılardır (AB missiyası – red.). Müxalifət qalib gəlsə, Türkiyə AB-yə üzvlüklə bağlı danışıqları bərpa edəcək, sonra isə ümumavropa birliyinə doğru addımlar atacaq, yəni Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayacaq, Cənubi Qafqazda isə Türkiyə Ermənistanı dəstəkləyəcək və Azərbaycandan yan keçməklə, onunla münasibətləri yaxşılaşdıracaq. Kılıçdaroğlu Türkiyədəki seçkidə qalib gəlsə, bu, bölgə üçün yeni təhlükə olacaq. Türkiyənin əli ilə Qərbin vəzifəsi Rusiya ətrafında qaynar nöqtələr, qeyri-sabitlik yaratmaq olacaq. Rusiya və Türkiyənin qarşılıqlı əlaqədə olduğu Suriyada, hər yerdə sabitliyin pozulması baş verəcək".//Axar.az

Siyasi       Tarix: 18 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber