Kim Çen In keçmiş xarici işlər nazirini EDAM ETDİ
Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yon Ho 2022-ci ildə edam olunub.
KONKRET.azxəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri" qəzeti mənbələrə istinadən yazıb.
Onunla yanaşı daha bir neçə keçmiş Şimali Koreya diplomatının da edam edildiyi bildirilir.
Ölüm cəzasının tətbiqinə konkret nəyin səbəb olduğu məlum deyil. Yalnız edam edilənlərdən bəzilərinin Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyində işlədiyi məlum olub.
İddialara görə, edamlar Şimali Koreya Xarici İşlər Nazirliyinin ölkədən qaçmağı planlaşdıra biləcək digər əməkdaşlarına psixoloji təsir göstərmək məqsədi daşıyıb.
Li Yon Ho Şimali Koreyanın xarici işlər naziri vəzifəsindən 2020-ci ilin yanvarında istefa verib. Onu bu vəzifədə Ri Son Qvon əvəzləyib.
Şimali Koreyada zaman-zaman diplomatlarla bağlı qalmaqallar yaşanır. Ən səs-küylü hadisələrdən biri 2016-cı ildə ölkənin Britaniyadakı səfirinin müavini Tae Yon-honun Cənubi Koreyaya köçməsi və sığınacaq alması zamanı baş verib. Şimali Koreya hakimiyyəti onu maliyyə mənimsəməkdə və azyaşlılara təcavüzdə ittiham edib.//Azpost.info

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır