Kiprdəki heç-heçə "Qarabağ"a tarix yazdırdı
Konfrans Liqasında qrup mərhələsində IV tur başa çatıb.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da yer aldığı H qrupunda günün ikinci oyunu keçirilib.
Kiprdə yerli "Omoniya" İsveçrə "Bazel"ini qəbul edib. Oyunda qalib müəyyənləşməyib.
1:1 hesablı heç-heçə "Omoniya"nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itirib.
Bununla da həm "Bazel", həm də günün ilk matçında "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" qrupdan çıxmağı təmin edib. Ağdam klubu Azərbaycan futbolu tarixində qrup səddini adlayaraq mövsümün ikinci hissəsində mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.
Tarix yazan "Qarabağ" "Omoniya"nın xal itirməsi ilə qrupdan çıxıbsa, "Bazel"in büdrəməsi ilə liderliyə yüksəlib.
Təmsilçimiz "Bazel"lə mübarizədə birinci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.
Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də "Bazel"in qonağı olacaq.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var