KİV: "ABŞ Ukraynaya 77 milyard dollardan çox vəsait xərcləyib"
Vaşinqton Ukraynaya hərbi yardım üçün 77 milyard dollardan çox vəsait xərcləyib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazıb.
"2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər ABŞ-ın Ukraynaya ayırdığı ümumi vəsait 77,5 milyard dollar təşkil edir", – nəşr bildirib.
Qeyd olunub ki, bu məbləğin 29,3 milyardı birbaşa hərbi yardım olub. Bu siyahıya 1600-dən çox "Stinger" zenit sistemi, 8500-dən çox "Javelin" tank əleyhinə sistemi, 2590 "TOW" raketi, atıcı silahlar üçün 111 milyondan çox patron, müşahidə sistemləri, gecə görmə eynəkləri və digər texnologiyalar daxildir.
Vaşinqton həmçinin Kiyevə "Harpoon" sistemləri, "HARM" anti-radar raketləri, 20 "Mi-17" helikopteri, 58 sualtı qayıq, "ScanEagle" kəşfiyyat aparatı və 700-dən çox "Switchblade" taktiki sursat göndərib.
Məlumatda bildirilib ki, daha 45 milyard dollar iqtisadiyyatın, enerjinin bərpası və humanitar böhranla mübarizə üçün xərclənib. ABŞ ukraynalı qaçqınlara kömək üçün 1,9 milyard dollar göndərib.
Qəzet sonda qeyd edib ki, ABŞ Dünya Bankının mexanizmləri ilə Ukraynaya dəstək üçün daha 13 milyard dollar xərcləyib.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir