Kiyev üçün kabus: Qərb yenə Ukraynanı satır?
ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Reykyavikdəki görüşündən sonra təşkil olunan mətbuat konfransı Ukrayna üçün kabus oldu.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nəşnl İnterest"də dərc olunan məqalədə qeyd olunub.
Vurğulanıb ki, İslandiya paytaxtında aparılan danışıqlar heç bir irəliləyişlə nəticələnməyib:
"Kiyev ikitərəfli münasibətlərin normallaşdırılmasına dair növbəti danışıqlar zamanı Rusiya və ABŞ-ın Ukrayna üçün əsas əhəmiyyət kəsb edən məsələləri müstəqil şəkildə həll edəcəyindən qorxur. Çünki bu ölkənin geosiyasi vəziyyətini ciddi şəkildə zəiflədəcəkdir".
Məqalədə, həmçinin Kiyevin Rusiyaya təzyiq göstərmək üçün Parisdən Berlinə qədər Avropa paytaxtlarında dəstək tapmadığı bildirilib.
"Baydenin ABŞ-Rusiya münasibətlərini sabitləşdirmək üçün göstərdiyi səylər Ukraynanın geosiyasi mövqeyini daha da zəiflədəcək. Bu isə Moskvaya qarşı dayanmaq üçün birləşmiş Qərb cəbhəsi yaratmaq perspektivinə növbəti bir zərbə ola bilər", - Nİ-dəki məqalədə qeyd olunub.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək