Kiyevi çətinə salan şərt: 11 il əvvəlki cəhdlər təkrarlanır
Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Ukrayna üzrə Avropa sammiti maraqlı anlarla yadda qaldı. Sammitin "Gələcək təhlükəsizliyimiz üçün" şüarı altında baş tutması isə xüsusi diqqət çəkdi.
Artıq Avropa ölkələrinin təhlükəsizliyin təminatı məsələsində ABŞ-a əvvəlki kimi güvənməyəcəyi, özlərinin müdafiəni təşkil etməyə çalışacaqları bildirilir. O baxımdan Avropa liderlərinin Londonda Ukraynaya dəstək açıqlamaları təqdir edilsə də, bunun Vaşinqtonla Kiyev arasında gərginliyi azaltmaq məqsədi ilə edildiyinə dair iddialar var.
KONKRET.az xəbər verir ki, bəzi ekspertlərin fikrincə, avropalılar ABŞ-ın Qərb yarımkürəsində "qarşılıqsız" yaratdığı sülh erası – "Paks Amerikana"nın sona çatdığını başa düşürlər və yeni reallıqlara hazırlaşırlar. Bu yeni təhlükəsizlik formatında Türkiyənin iştirak edəcəyi də qeyd olunur
Sözügedən sammit Ukrayna üçün hansı nəticələrə səbəb olacaq? Avropa ölkələrinin birliyi Rusiya ilə ABŞ arasında yaxınlaşmanın qarşısını ala bilərmi?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Londonda baş tutan görüş ilk baxışdan Ukraynaya dəstəyin artırılması kimi görünsə də, əslində belə deyil:
"Artıq illərdir bu kimi sammitlər keçirilir, lakin onun Kiyevə heç bir faydası olmur. 10 ildir Avropanın ABŞ-ın təsirindən çıxıb öz təhlükəsizliyinə fokuslanmasına dair çağırışlar edilir, görüşlər təşkil olunur, amma heç bir faydası yoxdur.
Bu gün bir tərəfdən Rusiya-Ukrayna müharibəsi genişlənir, digər yandan isə ABŞ müharibə xərclərini azaldır. Belə olan halda Avropa üçün "bıçaq sümüyə dayandı" demək olar. Yəni artıq çıxılmaz vəziyyətdədirlər".
Elxan Şahinoğlu
Politoloq bildirib ki, Avropa artıq hərbi xərclərini artırmalıdır:
"Yəni ABŞ olmadan özü özünün təhlükəsizliyini qorumalıdır. Bunu edib-etməyəcəyini zaman göstərəcək. 11 il öncə Krım ilhaq ediləndə belə cəhdlər oldu, amma yarımçıq qaldı.
O ki qaldı Avropanın Ukraynaya sülhməramlı göndərməsinə, hələlik bu da real görünmür. Çünki başda Fransa olmaqla region ölkələri rəsmi Kiyevə elə şərt irəli sürürlər ki, bunun icrası qeyri-mümkündür".

Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası
Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki