Koçaryan mandatdan imtina etmək istəyir, amma
"Ermənistan" blokundan baş nazirliyə namizəd Robert Koçaryan deputat mandatından imtina etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Koçaryan keçirdiyi mətbuat konfransında deyib.
O, parlamentdə nə edəcəyini təsəvvür etmədiyi üçün bu addımı atdığını açıqlayıb.
"Blok daxilində müzakirə apardıq, bəziləri mandatı götürməyimi, digərləri imtina etməyimi təklif edir. Lakin hələ son qərar verməmişəm. Bununla yanaşı, mübarizəni davam etdirmək üçün ciddi mandat əldə etdiyimizi düşünürəm. Küçə mübarizəsini də istisna etmirik. Parlament mübarizəsi isə mövqelərimizi gücləndirəcək", - Koçaryan bildirib.
Qeyd edək ki, Koçaryanı rəhbərlik etdiyi "Ermənistan" bloku seçkini ikinci tamamlayıb. Koçaryan, yaxud bütövlükdə blok mandatdan imtina etsə belə, ikinci tur seçki keçirilməyəcək. Bu baxımdan, Koçaryan mandatdan imtina etsə belə blokun digər üzvlərinmin fərdi qaydada parlamentdə təmsil olunacağı gözlənilir.
Asif

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək