"Köhnə avtomobillərin qiyməti bu səbəbdən 10-15 faiz artacaq" - ÖZƏL

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bəs görəsən ekspertlər bu addımı necə dəyərləndirirlər? Artıq sifariş verilən avtomobillərin aqibəti necə olacaq? Ümumiyyətlə bu qərar ölkənin avtomobil bazarına necə təsir göstərəcək? 
Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Xalid Kərimli bu qərarı normal dəyərləndirdiyini deyib: "Doğrudur, burada ekoloji şüur ön plandadır. Amma istənilən halda yaşı 10 ili ötmüş maşınların idxalı ölkənin avtomobil parkını korlayır və ətraf mühiti çirkləndirir. Ona görə də, cəmiyyətin maraqları baxımından düzgün qərardır. Özü də təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində bu cür qadağalar mövcuddur. İşlənmiş maşınları Azərbaycan kimi ölkələrə satmaqla inkişaf edən dövlətlər canlarını qurtarırdılar, öz avtomobil sənayelərinə fayda verirdilər və ətraf mühitlərini qoruyurdular. Ona görə də, Azərbaycanda belə bir qanunun qəbulunu normal sayıram".
Xalid Kərimli bildirib ki, ödənişi edilən avtomobillərin ölkəyə gətirilməsinə problem yaranmayacaq: "Bu, o deməkdir ki, ödəniş 8 ay öncədən həyata keçirilibsə və maşın ölkəyə hələ də gəlib çıxmayıbsa, o zaman verilən qərar həmin avtomobillərə şamil edilməyəcək. Yəni onların ölkəyə idxalına icazə veriləcək. Ancaq burada incə məqam ondan ibarətdir ki, xaricdən avtomil sifariş edən şəxsin əlində ödənişlə bağlı sənəd olmaya bilər. Bu şəxslər əziyyət çəkəcəklər və onların ölkəyə avtomobil idxalında problem yaranacaq. Digər bir məqam isə qərarın 30 gün sonra qüvvəyə minəcəyi ilə bağlıdır. Yəni vətəndaşlar ödənişi indi ediblərsə və avtomobili 30 gün müddətində ölkəyə gətirə biləcəklərsə, o zaman heç bir problem yaşanmayacaq. Söhbət ondan gedir ki, aprel ayının 29-dan sonra bu məsələlər Gömrük Komitəsində diqqətə alınacaq. Eyni zamanda yaşı 10 ildən çox olan minik vasitəsini gətirmək üçün martın 29-na qədər ödəniş həyata keçirilibsə, bu halda həmin avtomobili 3 ay sonra da ölkəyə keçirmək mümkündür. Amma vətəndaş əvvəlcə ödənişin həmin tarixdə edildiyi sübuta yetirməlidir. Burada məsələ ondan ibarətdir ki, 30 gün müddətində, yəni aprelin 29-na qədər sözügedən qərara baxılmayacaq. Ona görə də stənilən avtomobili idxal etmək olar. Qərarın icrasına 30 gündən sonra başlanılacaq. Bu halda əgər ödəniş martın 29-na qədər edilibsə, avtomobillərin gətirilməsinə icazə veriləcək. Amma ödəniş haqda sənədlər yoxdursa, onda problemlər yaranacaq və vətəndaş ziyana düşəcək".
İqtisadçının sözlərinə görə, bu, bazara çıxarılan məhsulun məhdudlaşdırılması haqda qərardır: "Ona görə də, avtomobil bazarında köhnə maşınların qiyməti artacaq. Yəni məhdudiyyət tətbiq edildiyindən ölkəyə daha bahalı avtomobillərin idxalı baş tutacaq. Bu da köhnə avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Ancaq söhbət 10-15 faizlik qiymət artımından gedə bilər. Yeri gəlmişkən, Azərbaycanda avtomobil sənayesi mövcud deyil. Bu səbəbdən də verilən qərar yerli maşın sənayesinin inkişafına ciddi təsir göstərməyəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az 

Sosial       Tarix: 30 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri xeber az son xeber az valyuta