"Köklükdən dünyamı dəyişim, amma mədəkiçiltmə ilə yox
"Bəzən deyirlər, sən bu bədənlə iş görənsən, tərpənə bilirsən? Bədənim haqqında çox danışırlar. Bu, acığıma gəlir. Düşünürəm ki, hər kəsin qohum-əqrabasında çəkili insanlar var. Mənim üçün bu dəqiqə vacibi canımın sağ olmasıdır. Əli (Xuraman Əlizadənin oğlu - red.) bir az nasazdır. Onun bu dəqiqə sağalması, evimdə dincliyin olması, həyat yoldaşımın evə girəndə bizimlə maraqlanması, bir tikə rumizin olması mənim üçün milyonlardır. Allaha and olsun, başqa heç nə istəmirəm. Villa arzulamıram".
azxeber.com axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Həftənin qonağı" verilişində qonaq olarkən deyib. O, artıq çəkisi səbəbindən heç vaxt mədəkiçiltmə əməliyyatı etdirməyəcəyini vurğulayıb:
"Sağlamlığım hazırda yerindədir. Hər kəsdə olan şeylər var. Allah pis xəstəliklərdən qorusun. Əməliyyat etdirmərəm, qorxuram. Həyat yoldaşım da razı deyil. Bu yaxınlarda onunla söhbət etdik. Dedi, artıq arıqlamalısan. Çünki sağ dizimdə problemim var. Amma söylədi ki, mədəkiçiltmə ilə yox. Dur gəz, yeməyinə fikir ver. Demirəm, qorxunc əməliyyatdır, edənlər var. Amma mənlik deyil. Mən analiz verməyə belə getməyə qorxan adamam. Gedəndə həkimin başına oyun açıram. Panikataqım var. Düşünürəm ki, gedib analiz verərəm, orada pis nəsə çıxar. Ona görə deyirəm, qoy, həyat öz axarı ilə davam etsin. Qoy, köklükdən dünyamı dəyişim, lakin bu əməliyyatla yox. Pəhriz saxlamıram. Elə bilərlər hər oturanda bir çörəyi yeyirəm, yox. Evə 2 çörək alınır. Evdə həyat yoldaşım, mən, oğlum və bir qohumumuz bizdə qalır. Çörək bizə 4 gün bəs edəcək. Nənəm də belə idi. Kasıbçılıq idi, amma kök idi. Onun da mənim kimi ayaqları şişirdi".
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var