"Komandamız optimal formasından uzaqdır" - Qurban Qurbanov
"İlk oyun heç də asan olmadı".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu "Linkoln"la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
O, sabahkı görüşə ciddi hazırlaşdıqlarını söyləyib: "Komandamız optimal formasından uzaqdır. Deməzdim ki, istədiyimiz dinamikanı meydanda göstərə bilirik. Amma ümumən oyuna ciddi yanaşırıq. Meydanda yaxşı müdafiə olunan rəqiblə mübarizə olacaq. Yaxşı nəticə qazanmaq istəyirik".
Yeni transferlər Juninyo və Patrik Andrade haqda danışan Qurbanov bildirib ki, onlar hələ hazır deyil: "Məşqlərdə səylə çalışırlar. Onların hazırlığı bizi qane edəcək səviyyədə deyil. Juninyonun ən azı sonradan meydana çıxmasına sabah qərar verəcəyik".
Qurbanov qarşılaşmanın Bakı Olimpiya Stadionuna salınmasının onlar üçün ciddi problem olmadığını vurğulayıb: "Bakı bizimdir, hər yeri doğmadır. Əlbəttə ki, azarkeşlərin rahatlığını da düşünmək istərdik. Oyunlarımızın çoxunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiririk. Azarkeşlər üçün də ora gəlmək bəlkə rahat olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlarımız olur. İnanmıram ki, buna görə hansısa çətinliklə üzləşək".
O, yeni transferlərin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb: "Düşünmürəm ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Yaxşı kollektiv formalaşıb, hamısı çox istəklidir. Əlavə 1-2 oyunçu götürə bilərik. Olmasa belə, əlimizdəki heyət bizi qane edir".

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi