Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər

Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlərSəyahət zamanıbaqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsininvacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyatmexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinatməntəqəsinə çatdırılmasını təmin edir.
Sərnişinlərinöncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlərzamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlıkeçməsinə şərait yaradır.
Gecikmiş,itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri
Baqajla bağlımüraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hərbir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsizhava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texnikinasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindənbaqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.
·Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında "Tapıntılarvə itkilər" ("Lost and Found") xidmətinə müraciət etməli və Baqajın qüsuraktını ("Property Irregularity Report" - PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyəbaqajın izlənilməsi üçün unikal müraciət nömrəsi ("file reference" və ya "locatornumber") təqdim olunur. Müraciət nömrəsinəəsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilikolduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumatəldə edir.
·Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər[email protected] elektron ünvanına müraciət edə və ya (+99412) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
·Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytındayerləşən forma vasitəsilə də müraciət etmək olar:
Baqajla bağlı istənilənproblem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həllisürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiqtədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiriüçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.
Baqajla bağlı nəzərəalınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnızyerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsimümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və yagecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildəqiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Sərnişin mərkəzliyanaşma: rahat səyahət üçün 5 praktik tövsiyə
Komfortlu uçuşhəm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətliyanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərəsəyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur.
1. Uçuşdan əvvəl aviaşirkətinbaqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərəalmaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavəbaqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi vebsayt üzərindənəldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajıazal.az veb-saytıüzərindən 10%-dək endirimlə əldə etmək mümkündür. Ətraflı məlumat üçün sərnişinlərlinkinə keçid edə bilərlər.
2. Sərnişinin çamadan üzərində əlaqəməlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarınınqarşısını alır.
3. Köhnə çamadan etiketlərininçıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalıda minimuma endirilmiş olur.
4. Transfer uçuşlarda baqajlarınqarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdiricireyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi vətransfer üçün ən azı 2 saat vaxt nəzərdə tutulması tövsiyə olunur.
5. Baqajın təhvil verilməsizamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir,çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsasrol oynayır.
AZAL rəqəmsal həllər,təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişin yönümlü xidmət yanaşması iləbu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfəverir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasirtexnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ vəetibarlı şəkildə idarə olunur.

İqtisadiyyat       Tarix: 27 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler