Komitə: "Azərbaycanda "işbazlar" bəzi din xadimlərini "tələyə" salıb
"Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb. Müəyyən olub ki, bəzi "işbazlar" vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla "təmin etməyə" çalışıblar".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
"Dövlət Komitəsinə daxil olan məlumatlara görə, "işbazlar" artıq bəzi din xadimlərini "tələyə" salmağa müəssər olub, onları köhnə tarixlə, vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mədrəsələrin diplomları ilə "təmin" ediblər. Halbuki, həmin din xadimlərinin bəziləri müxtəlif vaxtlarda Dövlət Komitəsinə təqdim etdikləri sənədlərdə hansısa dini təhsil müəssisələrini bitirmədiklərini, dini biliklərə ruhanilər vasitəsilə yiyələndiklərini bildiriblər. Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq", - Komitə rəsmisi əlavə edib.

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək