"Kommersant": "Qərb və Şərq Ərdoğandan asılı vəziyyətə düşüb"
Qərb və Şərq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan asılı vəziyyətə düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.
Bildirilib ki, Ərdoğanı 2022-ci ildə planetin ən uğurlu siyasətçisi adlandırmaq olar. Çünki Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçiyə çevrilən Türkiyə lideri olub.
Ərdoğan daim sülh arzusunda olduğunu bəyan etsə də, mövcud status-kvondan siyasi və iqtisadi cəhətdən faydalanır. Zaman keçdikcə Qərb Moskvaya qarşı daha çox sanksiyalar tətbiq edir və yalnız Türkiyə Rusiya ilə ticarəti artırır.
Bundan əlavə, qaz qovşağının yaradılması Ankara üçün çox faydalıdır. İstanbulda bağlanan taxıl müqaviləsindən Türkiyə də gəlir götürür.
Finlandiya və İsveçin alyansa qoşulmaq üçün müraciətindən sonra Ankara NATO üzərində güclü təsir rıçaqları əldə edib.
Nəşr bu il Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin əlamətdar hadisə olacağını qeyd edib.
Bildirilib ki, Ərdoğan uduzsa, bu, xarici siyasətdə ciddi dəyişikliklərə səbəb olacaq.
Ağ evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib ki, Ankaranın Rusiyaya qarşı mövqeyinə görə Türkiyənin 2023-cü ildə NATO-ya üzvlük məsələsinə yenidən baxılmalıdır.
Onun sözlərinə görə, Rusiyanın ticarət və hərbi tərəfdaşları onu ehtiyacı olan vaxtda hələ də tərk etməyiblər. Bolton Türkiyəni Ukrayna münaqişəsi ilə bağlı sərt anti-Rusiya mövqe tutmadığına görə də qınayıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA