Konqo Demokratik Respublikasında izdihamda azı 11 nəfər öldü
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şəhərin ən böyük stadionda keçirilən konsertdə izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy bildirib.
"Əldə etdiyimiz məlumata görə, baş verənlərə görə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub", – nazir qeyd edib.
O, cinayətkarların tapılaraq cəzalandırılacağını vurğulayıb. Rəsmilər daha əvvəl səkkiz nəfərin öldüyünü bildirmişdilər.
Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertində izdiham yaranıb. 80 min nəfər üçün nəzərdə tutulmuş stadionda bütün oturacaqlar dolub, eyni zamanda tamaşaçılar dəhlizlərə də toplanıb. Nəticədə səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və nəticədə izdiham yaranıb.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır