"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edir - FOTOLAR

Qafqazın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan "Kontakt" Gürcüstana gəlişinin bir illiyini qeyd edir. Düz bir ildir ki, şəbəkə Gürcüstan əhalisini də unikal mağaza formatı, yüksək keyfiyyətli xidmət, geniş çeşid və qeyri-standart kampaniyaları ilə sevindirir.
Bəs "Kontakt" gürcü əhalisinə özünü ən çox nə ilə sevdirib? Şəbəkə bir yaşı münasibətilə Gürcüstandakı müştəri bazası arasında sorğu apararaq, "Kontakt Home"u seçməklərinin əsas səbəblərini soruşublar:
1) UNİKAL MAĞAZA DİZAYNI
 Gürcüstanlılar ilk növbədə "Ev üçün hər şeyi bir məkandan almaq" fikrini və mağazanın göz oxşayan geniş, unikal dizaynını çox bəyənib. Bu dizayn "Kontakt Home"un əsas fərqliliklərindən biridir.
2) HEÇ YERDƏ OLMAYAN KAMPANİYA VƏ ŞƏRTLƏR
"Kontakt"ın ayrıca brendə çevrilən "Axşambazarı", "Şeş-Qoşa" kampaniyaları Gürcüstanda da ən az Azərbaycandakı qədər sevilib. Şəbəkə "Axşambazarı" və "Şeş-qoşa" kimi mövsümi kampaniyalardan əlavə, gündəlik alış şərtləri ilə də gürcüstanlı müştərilərin ürəyini fəth edə bilib.
3) PEŞƏKAR SERVİS
Aparılan sorğunun nəticələrinə əsasən, gürcüstanlı müştərilərin böyük qismi "Kontakt Home"u məhz yüksək səviyyəli servisinə görə seçdiklərini bildirib. Onların fikrincə, mağaza heyəti hər müştəriyə individual yanaşır, onlara lazım olan məhsul və xidmətlərin seçilməsində hər zaman yardımçı olur.
4) RAHAT YERLƏŞMƏ
"Kontakt" mağaza ünvanlarını hər zaman tələbatın çox olduğu və insanların rahat tapdıqları ərazilərdə seçir. İstər "Tbilisi Central" ticarət mərkəzindəki ilk mağaza, istərsə də "Gldani Mall"dakı ikinci mağaza da bu baxımdan istisna deyillər. "Gldani Mall" mağazası həm də Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.
Hazırda şəbəkə yalnız Tbilisi şəhərində fəaliyyət göstərsə də, 2023-cü ildə Gürcüstanın digər şəhərlərində də yeni "Kontakt Home" mağazalarının fəaliyyətə başlaması planlaşdırılır.
6) POZİTİV ƏHVAL-RUHİYYƏ
Gürcüstanlılar deyir ki, "Kontakt Home"da hər zaman bayram atmosferi hökm sürür. Mağazada açılışlar, hər hansı önəmli günlər və ya sadəcə kampaniya günləri böyükdən kiçiyə hər kəsin əyləndiyi bayram dadında keçirilir. Mağazalarda uşaq zonasının mövcudluğu valideynlərin rahat alış-verişi, uşaqların isə əyləncəli vaxt keçirməsinə şərait yaradır.
Qürurverici haldır ki, 100% Azərbaycan brendi olan "Kontakt" cəmi bir il ərzində Gürcüstanda da müştərilərin böyük rəğbətini qazana bilib. Hazırda Azərbaycanda 34, Gürcüstanda 2 mağaza, həmçinin və onlayn mağazaları ilə təmsil olunan şəbəkə söz verir ki, "Kontakt – Sevindirir" missiyası tezliklə daha geniş areala yayılacaq. / azxeber.com

İqtisadiyyat       Tarix: 13 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri en yeni xeberler dunyada son xeberler cəbhədən xəbər