"Kontakt Home" kimi şirkətlər məhkəmə icraçıları ilə əlbir olub, insanlardan hədə-qorxu ilə pul alırlar" - İDDİA

Ağ Partiyanın sədri Tural Abbaslının mətbuata verdiyi açıqlamasında "Kontakt Home" kimi şirkətlər məhkəmə icraçıları ilə əlbir olub, insanlardan pul alırlar.
Həmin şirkətlər icraçıların adından zəng edib borcu olan vətəndaşlara hədə-qorxu gəlir" deməsi müzakirə yaradıb. Bildirilir ki, Tural Abbaslıda bu barədə heç bir fakt yoxdur, partiya sədri ümumi danışır. Qeyd olunur ki, vətəndaş borcu ödəyə bilməyəcəyini bilirsə, kredit götürməməlidir.
KONKRET.az xəbər verir ki, Tural Abbaslı Pravda.az-a açıqlamasında fikirlərinə belə aydınlıq gətirib:
"Hansı formada fakt istəyirlər? Gedək şəkillərini çəkək, yoxsa səslərini yazaq? Bu, olan şeydir və bunu "Kontakt Home"da işləyənlərdən də soruşa bilərlər. Bir çox borclulardan da eşitmişəm ki, onlara zəng edib məhkəmə icraçısı olduqlarını deyirlər. Araşdırılsın, görək necədir. Məhkəmə icraçılarının sayı nə qədərdir ki? Amma ölkədə minlərlə problemli kreditlər var. Məhkəmə icraçıları bütün işini-gücünü, digər məhkəmə qərarlarını atıb kənara, elə ancaq məişət əşyaları satan dükanların kreditlərini yığmaqla məşğuldurlar? Bu fakt var və istənilən orqan da bunu araşdıra bilər. Araşdırmaq o qədər də qəliz məsələ deyil. Sadəcə, özəl şirkətlər və dövlətin bəzi qurumları əlbir olub, xalqdan son qəpiyinə qədər almaqla məşğuldurlar. Hə, pulları yoxdur deyə vətəndaşlar kredit almasınlar? Bu dövlət də hamınındır, var-dövlət də, sərvət də, neft də, qaz da… İndi kimlərsə ata-babasının, əmisinin-dayısının hesabına gəlib harasa çatıbsa, o demək deyil ki, onlar buna layiqdirlər. Ədalətli iqtisadi münasibətlər də yoxdur, şəffaf rəqabətli bazar iqtisadiyyatı da. Qanunlar işləmir. Belə yerdə isə təbii ki sadə insanların normal gəlir əldə etməsi mümkün deyil deyə kredit verən mağazaların ümidinə qalırlar. Onda yıxılıb ölək? Kasıbıqsa, Azərbaycanda yaşamaq olmaz? Azərbaycanda məişət əşyası, telefon, televizor istifadə etmək olmaz? Kasıbsansa, yıxıl öl, hə? Onda dövlət nəyə lazımdır?"

Hadisə       Tarix: 22 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026