"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırılan bu rəsmi mağaza sayəsində region sakinləri uzağa getmədən, birbaşa şəhərin mərkəzində zəngin məhsul çeşidinə cəmi bir addımla qovuşacaqlar.
Şəbəkə bu böyük addımla qədim torpaqlara müasir yaşayış standartlarını və qlobal brendləri fiziki olaraq gətirir. Yəni, burada smartfon və rəqəmsal texnologiyalardan tutmuş, məişət texnikası, mebel, ev tekstili və təmir-tikinti avadanlıqlarına qədər - Xankəndində həyatın tam bərpası üçün lazım olan hər şey yerindəcə təqdim olunacaq.
Üstəlik, Xankəndi "Kontakt"ın Qarabağa dair ilk addımı deyil. Şəbəkə artıq 3 ildən çoxdur ki, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrinə onlayn məhsul çatdırılmasını uğurla həyata keçirir. Xankəndidə açılacaq yeni mağaza isə bu prosesin növbəti mərhələsidir - xidmət birbaşa fiziki mağaza konsepti ilə təqdim olunacaq.
Xatırladaq ki, "Kontakt" mağazalar şəbəkəsi illərdir "Qarabağ Proqramı" çərçivəsində ardıcıl olaraq vətənpərvərlik layihələri həyata keçirir. Şəhid ailələri və qazilərlə bağlı təşəbbüslər və bölgələrin inkişafına yönəlmiş addımlar proqramın əsas istiqamətləri sırasında yer alır. Xankəndidə açılacaq yeni mağaza da həmin yanaşmanın davamı olaraq həm bölgədə geniş iş yerləri yaradır, həm də əhalinin gündəlik ehtiyaclarının rahat qarşılanmasını təmin edir. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu