Koroğlu' - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?
Metronun "Koroğlu" stansiyasından Buzovna qəsəbəsinə hərəkət edən 107 saylı marşrut avtobuslarında sürücülər tərəfindən özünəməxsus gediş tarifləri müəyyənləşdirilib. Belə ki, son qiymət artımından sonra gediş haqqı 70 qəpik müəyyənləşsə də, sürücü sərnişinlərdən 80 qəpik tələb edib.
azxeber.com xəbər verir ki, bu barədə Bizim.media-ya həmin avtobusdan mütəmadi istifadə edən bir neçə sərnişin məlumat verib.
Onların sözlərinə görə, sürücülər kartsız işləyən bu avtobusda hər dəfə sərnişinlərdən fərqli gediş haqqı tələb edirlər. Bu isə haqlı olaraq sərnişinlərin ciddi narazılığına və narahatlığına səbəb olub.
Maraqlıdır, təqdim olunan gediş haqqından çox ödəniş tələb edən belə sürücülər barədə hansı tədbirlər görüləcək?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, fakt araşdırılacaq:
"Məsələ araşdırılacaq. Belə hal müəyyən edilərsə, sürücü barədə tədbir görüləcək. Həmçinin, daşıyıcıya tarifin düzgün tətbiqi və gediş haqqının sərnişinlərin görə biləcəyi yerdə yerləşdirilməsi ilə bağlı tapşırıq verilib".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir