Koronavirus bəlası BU TARİXDƏ bitəcək - Elan edildi
Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, krallıqda koronavirusun yayılmasının qarşısı 12 həftə ərzində alına bilər.
-ın məlumatına görə, o bildirib ki, 12 həftədən sonra vəziyyətin yaxşı mənada dəyişəyəcəyinə ümidlər böyükdür. Hökumət başçısının sözlərinə görə, vəziyyət normallaşandan sonra ehtiyatı əldən vermək olmaz. "Böhranın bitdiyini düşünüb səhlənkarlıq etmək olmaz. Bəlkə də bu problemin tamamilə aradan qalxması illər ala bilər" - deyə Conson bildirib.
Britaniyalı alimlər isə hesab edir ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin olmaması dünya ölkələrində vəziyyətin ağırlaşmasına səbəb olub.
Elm adamlarına görə, vəziyyətdən çıxmaq üçün 3 yol var: Peyvəndin tətbiq olunması, virusa qarşı kütləvi şəkildə insanlarda immunitetin formalaşması və insanların özlərinin aldığı tədbirlər. Alimlərin sözlərinə görə, hər 3 tədbir virusa qarşı mübarizədə effektli olacaq.
Bildirilir ki, təsiredici peyvəndin hazırlanması 12-18 ay ala bilər. İmmunitetin formalaşması üçün 2 ilə ehtiyacın olduğu güman edilir. Demək ki, ən pis halda koronavirus təhlükəsi 2 il davam edə bilər.
Anar Türkeş /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək