Koronavirus III Dünya Müharibəsi başlatdı - Prezident açıq-açıq TƏHDİD ETDİ

Koronavirus III Dünya Müharibəsi başlatdı - Prezident açıq-açıq TƏHDİD ETDİYeni tip koronavirus (COVID 19) ölkələrarası müharibə başladıb.
xəbər verir ki, pandemiyadan ciddi zərər görən ölkələr arasında tibbi maska və digər ləvazimatlar üstündə savaşlar gedir.
Qitələri aşan bu müharibənin ilk nümunəsi martın əvvəlində Çexiya və İtaliya arasında yaşandı. Çexiya İtaliyanın sifariş etdiyi 110 min maskanı müsadirə etdi. Daha sonra diplomatik təşəbbüslər nəticəsində problem həllini tapdı.
İtaliya başqa bir problemi Fransa ilə yaşadı. Fransa mətbuatına görə, İsveçin "Mölnlycke" səhiyyə şirkəti Çindən aldığı maskalar 3 martda Fransada müsadirə edildi. Virusdan ən çox zərər görən İtaliya və İspaniyaya göndəriləcək maskalar üçün İsveç hökuməti hərəkətə keçdi. Fransa yalnız maskaların yarısını İtaliya və İspaniyaya göndərdi. Şirkət bundan sonrakı sifarişləri Belçika vasitəsilə aidiyyəti ölkələrə göndərəcəklərini açıqladı.
Fransanın Prezidenti Emmanuel Makron maska məsələsinin müstəqillik və suverenlik məsələsi olduğunu açıqlayaraq ölkədə maska istehsalının artırılmasını istədi.
Almaniya da 8 martda İsverçəyə göndəriləcək 240 min maskanın ixracına icazə verməyərək məhsulları müsadirə etdi. İsverçə problemin həlli üçün diplmatik yollara əl atdı.
Başqa ölkələrin maskalarını əlindən alan Fransa və Almaniyanın da başına eyni fəlakət gəldi. Fransada Paka bölgəsinin rəhbəri Renaud Muselier 2 apreldə verdiyi açıqlamada Çindən sifariş etdikləri maska və digər qoruyucu vasitələrin ABŞ-a nəğd ödəmə qarşılığında göndərildiyini bildirdi: "Çindəki hava limanında fransızların sifariş verdiyi maskalar amerikalılar tərəfindən nəğd pulla alındı və ölkəyə göndərildi".
Almaniya ABŞ-ı "müasir qulduluqda" ittiham etdi
Almaniya da pandemiya ilə mübarizədə istifadə edilmək üçün aldığı 200 min maskanı ABŞ-ın müsadirə etdiyini açıqladı.
Berlinin Daxili İşlər üzrə senatoru Andreas Geisel 3 apreldə verdiyi açıqlamada əyalətin aldığı koronavirus və infeksiyaya qarşı müdafiəni təmin edə bilən "FFP-2" maskalarının Banqkokda ABŞ tərəfindən alındığını bildirdi. O, ABŞ-ı sərt dillə tənqid edərək bu addımı müasir quldurluq adlandırdı.
Almaniya Səhiyyə naziri Yens Span da maska savaşının yaşandığını dilə gətirərək tələbin nə qədər çox olduğuna diqqət çəkib.
ABŞ-da əyalətlər və federal hökumət arasında yarış var
Maska savaşı ABŞ-da artıq vətəndaş müharibəsinə çevrilib. ABŞ mətbuatının məlumatına görə, Massaçustes əyalətinin aldığı 3 milyon maska Nyu York hava limanında adı açıqlanmayan bir federal hökumət qurumu tərəfindən götürülüb.
"Vaşinqton Post" 31 martdakı xəbərində Respublikaçılar Partiyasının nəzarətindəki bəzi əyalətlərə tələb olunandan daha çox yardım göndərildiyini iddia etdi.
Tramp maska istehsalçısı şirkəti təhdid etdi
ABŞ Prezidenti Donald Tramp maska istehsalçısı 3M-i maska ixracatını dayandırması üçün təhdid etdi. 3 apreldə verdiyi açıqlamada ixracatın davam etməsinin şirkət üçün ciddi problemlər yarada biləcəyini bildirdi.
Şirkətdən verilən açıqlamada Tramp hökumətinin istehsal edilən maskaların Kanada və Latın Amerikası bazarlarına ixracının dayandırılmasını tələb etdiklərini bildirdi. Firmanın sözlərinə görə, ABŞ-ın ixracı dayandırmasına digər ölkələr də eyni cür cavab verə bilər.
Zümrüd /publika.az

Dünya       Tarix: 06 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər valyuta mezennesi sonxəbərlər son.xeber