Koronavirus: kimlər üçün təhlükəlidir?

Koronavirus: kimlər üçün təhlükəlidir?Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yoluxmanın nəticələri fərqli olur, çünki burada başlıca rolu yaş, cins və daha öncəki xəstəliklər oynayır.
Bu barədə "Deutsche Well" məqalə dərc edib. Koronavirusla bağlı iki xəbər var: yaxşı və pis. Pis xəbər ondan ibarətdir ki, koronavirusun yayılması yaxın aylarda daha sürətlənəcək və nəticədə əhalinin 2/3 hissəsi bu virusa yoluxacaq. Buna əmin olan Berlinin "Şarite" klinikasının aparıcı virusoloqu Kristian Drostendir. Onun fikrincə, istilərin başlaması və klassik soyuqdəymə ilə qrip mövsümünün başa çatması COVID-19 ətrafındakı vəziyyəti dəyişməyəcək. Yaxşı xəbər isə ondan ibarətdir ki, yoluxanların çoxunda xəstəliyin simptomları yüngül keçəcək. Beləliklə, payızda, yəni soyuqdəymə xəstəliklərinin növbəti dalğasında əhalinin əksəriyyətində koronavirusa qarşı antikor (başqa sözlərlə, sonradan qazanılmış immunitet) əmələ gələcək.
Risk qrupuna yaşlı insanlar daxildir
Koronavirusun yayılması, ilk növbədə, yaşlı insanlar üçün təhlükəlidir. Belə ki, 65 yaşdan başlayaraq koronavirusa yoluxmuş insanlar arasında ölüm səviyyəsi həndəsəsi silsilə ilə artır. Misal üçün, Çində yaşı 40-dək olan insanlarda yoluxma faizi 0,2%-dir, ancaq 70-79 yaş aralığındakı insanlarda bu göstərici 8%-ə yüksəlir, 80 yaşdan başlayaraq isə - 14,8%. Beləliklə, koronavirus pandemiyası dövründə yaşlı insanlar, xüsusilə xronik xəstəliyi olan ahıllar qorunmalıdırlar. Bu risk qrupuna daxil olanlar insanların sıx olduğu yerlərdən uzaq durmalıdırlar. Karantin altında olan yaşlılara nəvələri ilə zaman keçirmələrinə imkan verilməməlidir. Bundan başqa, onların mağazalara getmələrnə də əngəl olmaq vacibdir. Yaşlıların yaxınları ərzağı və digər məhsulları birbaşa onların evinə çatdırmalıdırlar. Koronavirus qurbanlarının, demək olar ki, hamısında daha öncə müəyyən xəstəliklər olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlilinə görə, ürək və damar patologiyası, şəkərli diabet, ağciyərlərin xronik xəstəliyi, hipertoniya və onkoloji xəstəliklərə məruz qalmış insanlarda ölüm ehtimalı yüksəkdir.
Niyə kişilər qadınlardan daha tez-tez xəstələnirlər?
ÜST-nin məlumatına görə, koronavirus qurbanlarının arasında kişilər çoxluq təşkil edir: fevralında ortasında koronavirusdan ölüm göstəricisi kişilərdə 2,8%, qadınlarda isə 1,7% olub. Qeyd edək ki, analoji vəziyyət 2003-cü ildə Honkonqda atipik pnevmoniyanın partlayışında da müşahidə edilib. Kişilər adi qripə belə qadınlardan daha tez yoluxurlar. Qadınlar immun sistemi kişilərinki ilə müqayisədə daha davamlıdır. Bu, əsasən, qadınlardakı estrogen hormonunun immun sistemini stimullaşdırması ilə izah edilir və bununla da immunitet xəstəlik törədən orqanizmlərlə daha tez və aqressiv mübarizə aparır. Kişi hormonu olan testosteron isə, əksinə, immun sistemini boğur. Bundan başqa, molekulyar virusoloq Tomas Pitçmanın fikrincə, genetik faktorları da gözdən qaçırmaq olmaz. Məsələ bundadır ki, "bəzi immunorelevant, məsələn, patogenlərin tanınmasına cavabdeh olan genlər X xromosomunda kodlaşdırılırlar". Nəzərə alsaq ki, qadınlarda 2, kişilərdə isə 1 X xromosomu mövcuddur, belə bir halda qadınların üstünlüyü var. Ancaq genetik meyildən savayı, həlledici faktor həyat tərzidir. Kişilər qadınlardan daha çox zərərli yaşayış həyat tərzi sürürlər. Misal üçün, Çində kişilərin 52%-i siqaret çəkir. Siqaret çəkməyən qadınların payı isə 3%-i keçmir. Siqaret çəkməkdən zəifləmiş ağciyərlər respirator infeksiyalara daha həssasdırlar.
Niyə uşaqlar, demək olar ki, koronavirusa yoluxmurlar?
Təəccüblüdür ki, koronavirus pandemiyasında uşaqlar "zəif bənd" deyillər. Koronavirus qurbanlarının arasında hələlik bir uşaq belə yoxdur. Sözsüz, uşaqlar da koronavirusa yoluxurlar, ancaq onlarda infeksiya ya simptomsuz, ya da çox yüngül formada keçir. Bunun səbəbi hələlik tam olaraq bəlli deyil. Həkimlər güman edir ki, buna səbəb uşaqlarda anadagəlmə "spesifik olmayan sistem"in işə salınması ola bilər. Körpələr ilk spesifik immunu ana südündən alırlar. Ana südü körpənin immunitetini infeksion patologiyalarla mübarizə aparan leykosit kimi antikorlarla təmin edir. Bu "passiv immunlaşdırma" uşaqların öz immunitetini formalaşdıranacan, yəni 10 yaşadək davam edir. Ancaq bundan sonra belə onların müdafiə sistemi yeni patogenlərlə qarşılaşdıqda "öyrəşmək" qabiliyyətini itirmir. Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 403 868-ə çatıb. Bunların 18 221 nəfəri ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report) /publika.az

Dünya       Tarix: 25 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler xankendi xeber az futbol xeberleri