Koronavirus peyvəndindən kimlər milyarder oldu? - SİYAHI
Əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndlərdən əldə etdiyi gəlirlər sayəsində dünyada doqquz insan dollar milyarderi olub.
Publika.az xəbər verir ki, bu barədə People"s Vaccine Alliance təşkilatı tərəfindən hazırlanan hesabatda Forbes jurnalına istinadən bildirib.
Hesabata əsasən, ABŞ-ın "Moderna" şirkətinin rəhbəri Stefan Bansel və Almaniyanın "BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin yeni milyarderlər siyahısına başçılıq ediblər. Artıq onların sərvəti müvafiq olaraq 4,3 milyard və 4 milyard dollar olaraq qiymətləndirilir.
Reytinqə 2010-cu ildə Modernanın inkişafına 5 milyon və 1,5 milyon dollar sərmayə yatıran amerikalı sərmayəçilər Timoti Sprinqer və Robert Lanqer və İspaniyanın "Laboratorios Farmacéuticos Rovi" əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri Xuan Lopes-Belmonte də daxildir. Bundan əlavə, pandemiya dövründə Çinin "Cansino" əczaçılıq şirkətinin üç həmtəsisçisi milyarder oldu.
Hesabatda yeni milyarderlərin sərvətinin 19,3 milyard dollar olaraq qiymətləndirildiyi qeyd olunub. / "Trend"

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər