Koronavirusdan sonra iybilmə niyə bərpa olunmur? - ƏTRAFLI
Koronavirusdan sonra iybilmə və dadbilmənin itirilməsi xəstəliyin əsas əlamətlərindən biri idi. Pandemiyadan üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, virusa yoluxan insanlar arasında hələ də iy və dad bilmədə problemlər yaşayan, əvvəlki vəziyyətinə qayıda bilməyənlər var.
Bəs, bu əlamətlər nə vaxta kimi davam edəcək? Ümumiyyətlə müalicəsi varmı?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-nın sualını Almaniyada fəaliyyət göstərən azərbaycanlı uzman həkim, daxili xəstəliklər və süni tənəffüs təbabəti üzrə mütəxəssis Elvin Hüseynov cavablandırıb.
Xatırladıb ki, iybilmə və dadbilmənin pozğunluğu koronavirusun əsas və ilkin dövrlərində rast gəlinən simptomlarından biridir:
"Koronavirusdan iybilmənin itməsi indiki elmi səviyyədə onunla izah olunur ki, koronaviruslar hüceyrələrə ACE2 reseptoru vasitəsilə daxil olur. Hansıki bu reseptor yuxarı tənəffüs yollarında və ağız boşluğundakı selikli dadbilmə hüceyrələrində, burun boşluğunda olan qoxubilmə hüceyrələrində daha çox ekspressiya olunur. Bu da o deməkdir ki, bu hissələrdə virusların hüceyrələrə daxil olması məhz ACE2 ekspressiyasının çox olması vasitəsilə daha çox olur.
Bundan başqa, qoxubilmə orqanının mərkəzi sinir sistemində, yəni alın payında bir hissə var ki, virusların həssasığı daha çox olduğuna görə bu regionda qoxu hissiyyatı üçün cavabdeh olan nahiyədə daha çox zədələnmələr baş verir. Dad və iybilmənin uzun müddətli davam etməsi koronavirusa yoluxan insanların təxminən 4 faizində rast gəlinir. Eləcə də, istər iybilmədə, istərsə də dadbilmədə bu da olur ki, normal qoxu daha kəskin xoşagəlməz qoxu şəklində hiss olunur. Bu hal da sırf bu zədələnmələrlə əlaqlidir
Müalicəsi varmı?
Həkim bildirib ki, bu problemin elə bir spesifik müalicəsi də yoxdur:
"Təəssüf ki, problemin müalicəsi məlum deyil. Təsəvvür də etmirəm ki, hər hansı dərman preparatı ilə bunu müalicə etmək mümkün olsun. İndiyə qədər olan məlumatlara görə, hətta bir ildən sonra bu pozğunluqlara rast gəlinir. Amma dediyim ki, prosesin bərpa olunub-olunmadığı, hansı müddətə bərpa olunduğu ilə bağlı hələ ki, məlumat yoxdur. İnsanlar var ki, bir neçə aya sağalıb, amma eləsi də var ki, bir ildən də artıq problemi davam edir".

Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu
Azərbaycanda turizm canlanacaq: Yeni proqram sektorun problemlərini həll edəcək
Banklara gedənlər üçün vacib xəbər: Valyutaların alış-satış qiymətləri
Azərbaycan nefti bahalaşdı
Müşfiqabadda yaşayış binasında yanğın olub
"Neftçi"dən böyükhesablı qələbə
Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Bu məhsullar gömrük rüsumundan azad edilir