Koronavirusla mübarizəyə 100 min polis və jandarma cəlb edildi
Fransada koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarət etmək üçün 100 min polis və jandarma cəlb olunub.
Publika.az xəbər verir ki, Daxili İşlər naziri Kristof Kastaner bu barədə danışıb.
Nazir bildirib ki, ölkə miqyasında tətbiq olunan zəruri hallar xaricində küçəyə çıxma qadağasına nəzarət edilməsi üçün 100 min polis və jandarmaya təlimat verib.
Kastaner əlavə edib ki, keçərli səbəbi olmadan küçəyə çıxanlar 135 avroya qədər cərimə olunacaq.
Fransa Xalq Sağlamlığı Agentliyindən verilən açıqlamaya görə, koronavirus pandemiyasının qurbanlarının sayı 148-ə çatıb. Yoluxanların sayı isə 6 min 633-dür.
Fransada bütün məktəb, kafe, restoran, bar, gecə klubu, kinoteatr və ticarət məkanları bağlanıb. Ölkədə sadəcə market, aptek, bank və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək