Koronavirusun aktivləşdiyi temperatur BƏLLİ OLDU - Bu səthlərdə daha çox qalır
Koronavirusun aktivləşdiyi temperatur açıqlanıb.
Publika.az-ın xəbərinə görə, Honkonq Universitetinin tədqiqatçıları COVID-19-un fəallaşdığı temperatur barədə məlumat yayıb.
Alimlər hesab edirlər ki, koronavirus dörd dərəcə temperaturda uzun müddət qalır və dezinfeksiya olunmadıqda, aktivliyi yalnız 14 gündən sonra azalmağa başlayır.
SARS-CoV-2 yüksək temperatura dözümlü olmur və 70 dərəcə temperaturda beş dəqiqə ərzində deaktiv olur.
Mütəxəssislər həmçinin koronavirusun müxtəlif obyektlərin səthində nə qədər qala biləcəyini müəyyənləşdiriblər.
Belə ki, yeni tip virus kağız səthində 3 saatdan artıq qalmır, paltar və emal edilmiş ağacda 2, şüşədə 4, plastik materiallarda isə 7 günə qədər qala bilir.
Alimlər virusun tibbi maskaların xarici səthində yeddi günə qədər qala biləcəyini qeyd edib. Bu baxımdan onları dezinfeksiya etmək tövsiyə olunur.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 martda yeni tip koronavirusu pandemiya elan edib. Qurumun son məlumatına əsasən, virusa dünya üzrə 570 mindən çox yoluxma qeydə alınıb. 26 mindən artıq insan COVID-19 səbəbilə ölüb.
Aytən

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi