Koronavirusun ən çox zərər vurduğu ölkədən RADİKAL QƏRARLAR: 4 milyon insan...
Koronavirusun ən çox can aldığı Avropa ölkəsi olan İtaliya pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yeni addımlar atıb.
Publika.az xəbər verir ki, kəskin məhdudiyyətlər bu gündən etibarən mərhələli şəkildə yumşaldılmağa başlanıb.
Baş nazir Cüzeppe Kontenin "virusla birlikdə yaşanılacaq dövr" adlandırdığı planın ikinci hissəsi çərçivəsində inşaat, emal və topdan ticarət sektorlarındakı 4 milyon insan işə başlayıb. İcazə vərəqəsi ilə küçəyə çıxma qaydası qüvvədə saxlanılsa da, əhali evindən kənarda, toplu şəkildə idman edə biləcək. Qapalı məkanlarda, mağazalarda və ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti olacaq.
Paytaxt Romada kafe və barların çatdırılma xidməti açılacaq, velosipedlə hərəkət sərbəst olacaq.
Böyük şəhərlərdə sərnişin avtobusları yarı potensialla işinə davam edəcək. Avtobus və metrolarda sosial məsafənin qorunması üçün oturacaqlara işarələr vurulacaq.
Yerli mətbuatın xəbərinə görə, ölkənin ikinci böyük şəhəri olan Milanda park və bağlar açılıb.
Qeyd edək ki, İtaliyada məhdudiyyətlərin yumşaldılmasına dair qərar baş nazir tərəfindən 26 apreldə imzalanmışdı.
Son rəqəmlərə görə, bu ölkədə 210 min 717 nəfər koronavirusa yoluxub, 28 min 884 nəfər ölüb.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək