Koxalski "Qarabağ"dan gedir?
"Qarabağ" qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.
KONKRET.az futbolinfo.az-a istinadla xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.
Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb. Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır. Bunun üçün isə daha yüksək səviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.
Futbolçu hələlik əsasən ölkəsi Polşada "Vidzev" və "Lex" kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, "böyük beşlik" ölkələrindən dəvət gözləyir. Digər tərəfdən "Qarabağ" da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.
Qeyd edək ki, Mateuş Koxalski "Qarabağ"a 2024-cü ildə Polşanın "Stal" klubundan keçib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA