Kredit faizləri daha da artacaq? - MÜHÜM AÇIQLAMA

Kredit faizləri daha da artacaq? - MÜHÜM AÇIQLAMABir neçə gündür ki, banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur.
Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.
Bəs kredit faizləri arta bilərmi?
Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, kredit faizlərinin artmasına bir neçə amil təsir edə bilər.
İlk növbədə hökumətin həyata keçirdiyi inflyasiya siyasətinin bu məsələdə rol oynaya biləcəyi ehtimalını diqqətə çatdıran ekspertin fikrincə, inflyasiyaya qarşı mübarizədə dünya təcrübəsi əsas götürülür:
"Bu da uçot dərəcəsinin və kredit faizlərinin artırılmasına səbəb ola bilər. Necə ki, bəzi ölkələrdə belə bir hadisə baş verdi. Bilirik ki, Azərbaycan hökuməti inflyasiya ilə bağlı bəzi hədəflər müəyyənləşdirib və bunu da banklar özləri üçün əsas götürməlidirlər".
Ekspertin sözlərinə görə, banklar əhalidən götürülən depozitləri artırmaq üçün müxtəlif təkliflər irəli sürürlər: 
"Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar.
Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri "yastığın altında", ya da bankda saxlayırlar.
Bank isə müxtəlif yollarla depozit portfelinin həcmini artırmağa çalışır ki, bunun da yolu faizlərin artırılmasından keçə bilər. Bu da öz növbəsində kreditlərin də atmasına səbəb olur".
Müsahibimiz Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasəti son 10 ildəki ən optimal idarəetmə üsulu kimi dəyərləndirib:
"Bu da əslində daha çox məsələlərin tənzimlənməsinə hesablanıb. Bu gün ölkəmizdə bank sektoru ilə yanaşı, kredit verə bilən digər maliyyə təşkilatları da mövcuddur.
Əslində banklar faizləri artırmaq üçün onlarla rəqabət aparmalıdırlar. Üstəlik, həmin təşkilatların isə öhdəlikləri kifayət qədər azdır və aşağı faizlərlə kredit verə bilərlər.
Bu baxımdan da sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə yayılan məlumatların heç bir əsası yoxdur.
Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın. Ona görə ki, öz kredit portfellərində ciddi azalma görə bilərlər". / azxeber.com

Sosial       Tarix: 14 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri sou xeberler ən son xeberler bugünki xəbərlər