Kreml müharibə qərarı versə, 70 minlik ABŞ ordusu...
Bu yay ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması sözdə bitməyən müharibəyə son qoyacaq. Eyni zamanda, Amerika xüsusi əməliyyat qüvvələri üçün qızıl bir dövrün sona çatması olacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin professoru Hal Brandsın "Blumberq"də dərc olunan məqaləsində qeyd olunub.
Xüsusi təyinatlıların Əfqanıstanda inanılmaz bir işi bacardıqlarını vurğulayan Brands onların tam olaraq siyasətçilərin istədiyi nəticəni əldə etdiyini bildirib:
"Terrorizmlə müharibə heç yerə getmir. Afrika və Yaxın Şərqin sərt bölgələrində hələ çox təhlükəli iş olacaq. Ancaq ABŞ təhlükəsizliyi üçün əsas problem - müharibə təhlükəsi davamlı olaraq mövcud olsa da, əksəriyyəti qeyri-hərbi yollarla mübarizə aparan digər böyük güclərlə rəqabətdir. Bu səbəbdən xüsusi təyinatlılar öz köklərinə qayıtmalı olacaqlar.
Bu gün onların görə biləcəyi çox şey var. Düşmənlərinin tədricən gücləndikləri Afrika kimi bölgələrdə ABŞ hökumətinin gözü və qulağı ola bilərlər. Əgər Moskva hücum qərarı verərsə, Skandinaviya və ya Baltikyanı ölkələrdə, yaxud Ukraynada Rusiyaya qarşı uzun və qanlı partizan müharibəsini hazırlamağa kömək edə bilərlər".
Qeyd edək ki, Xüsusi Əməliyyat Komandanlığının büdcəsi 2001-dən 2017-ə qədər üç dəfə artırılıb. Şəxsi heyəti isə 43 mindən 70 minə (ABŞ ordusunun təxminən 5 faizi) çatdırılıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək