Kremlin "dəmir pərdə" PLANI işə düşdü - İnsanlara qarşı
Rusiya hakimiyyəti Ukraynadakı müharibənin başa çatmasından sonra ölkə daxilində yarana biləcək mümkün qeyri-sabitlik və kütləvi etiraz dalğasına qarşı hazırlıqları sürətləndirib. Rəsmi Moskva cəmiyyət və internet üzərindəki nəzarəti ən sərt formaya salmaqla potensial iğtişaşların qarşısını almağa çalışır.
KONKRET.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ölkə daxilində rəqəmsal tənzimləmələr kəskinləşdirilib. Son vaxtlar internetin tez-tez kəsilməsi, rabitə fasilələri, VPN xidmətlərinin, naviqasiya sistemlərinin və digər rəqəmsal alətlərin fəaliyyətində yaranan ciddi problemlər məhz bu nəzarət mexanizminin bir hissəsidir.
Eyni zamanda, güc strukturlarının, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin (FSB) səlahiyyətləri genişləndirilib. Artıq rabitə operatorları xüsusi xidmət orqanlarının sorğusu əsasında istənilən istifadəçinin internet və rabitə bağlantısını kəsməyə borcludurlar. Kəşfiyyat qurumları isə nəzarəti gücləndirmək üçün əlavə texnoloji alətlərlə təmin edilib.
Məqalədə qeyd olunur ki, Rusiya rəhbərliyi Əfqanıstan təcrübəsini – dövlət strukturlarının çöküşü ssenarisini ciddi şəkildə nəzərə alır. Belə bir aqibətdən qaçmaq üçün Rusiya daxili nəzarəti gücləndirir, Çin və İranın bu istiqamətdəki təcrübələrini dərindən öyrənərək tətbiq edir. Məqsəd müharibədən sonrakı dövrdə hər hansı kütləvi etirazın təşkilatlanma imkanlarını rəqəmsal blokada vasitəsilə sıfıra endirməkdir.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü