Küçədə söyüş söyən tiktoker həbs olundu
Gəncədə küçədə söyüş söyən tiktoker həbs olunub.
KONKRET.az lent.az-a istinadla xəbər verur ki, 47 yaşlı Murad Rüstəmov şəhər ərazisində polis şöbəsinin yaxınlığında mobil telefonla danışarkən uca səslə söyüşlər söyüb. Məlumata əsasən, buna görə polis əməkdaşları ona irad bildirəndə isə qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərinə davam edib.
Nəticədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 6 il əvvəl Ukraynadan Azərbaycana gəlib:
"Bir neçə ildir tiktokda 69 min izləyicisi olan səhifəmdə din əleyhinə paylaşımlar edirəm. Paylaşımlarım dindarların hissiyatına toxunur. Buna görə də dindarlar məni söyürlər və hətta 3 dəfə həyatıma sui-qəsd olub. Həmin hadisələrlə bağlı polis araşdırma da aparıb".
Murad Rüstəmov əlavə edib ki, barəsindəki ittihamlarla razı deyil.
Gəncə şəhər Məhkəməsində hakim Zaman İmanovun sədrliyi ilə keçirilən prosesdə Murad Rüstəmov barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq